Fəlsəfə İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Dekabrın 2-də AMEA Fəlsəfə İnstitutunda Fransanın Azərbaycandakı səfiri Zakari Gros və Fransa İnstitutunun direktoru Jerom Kel arasında institut rəhbərliyi və alimləri ilə görüşü keçirildi. İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə rəhbərlik etdiyi elm müəssisəsinin Fransanın böyük universitetlərindən olan Sorbonna, Sofiya Antipolis ilə uzunmüddətli əlaqələrindən, həyata keçirdikləri ortaq layihələrdən, keçirdikləri çoxsaylı konfranslardan və ümumi nəşrlər haqqında danışdı. Son beş ildə Fransa səfirliyinin dəstəyi ilə Fəlsəfə İnstitutunda gənc tədqiqatçılar üçün təşkil edilən fransız dili kurslarının davam etdirilməsi haqqında da razılığa gəlindi. Həmçinin fransız filosoflarının Fəlsəfə institutuna dəvət edilərək seminarlar keçirilməsi barədə fikirlər səsləndirildi.
Fransa səfiri, İlham Məmmədzadənin müasir fransız fəlsəfəsi mövzusunda seminarlar keçirmək üçün Fransanın tanınmış filosoflarından Fəlsəfə İnstitutuna dəvət etmək fikrini dəstəklədi. Eyni zamanda 30 yanvar 2020-ci ildə beş qitədə “Sağ olmaq” mövzusunda “İdeyalar gecəsi”nin keçiriləcəyi barədə məlumat verdi. Fransız İnstitutu tərəfindən təşkil edilən bu tədbirdə fransız institutları və fransız ittifaqları çərçivəsində müzakirəyə dəvət olunan bütün din xadimlərini, ziyalıları, tədqiqatçıları, sənətçilərı və s. bir araya gətirəcəkdir - deyə səfir bildirib.
İnstitutun direktoru İlham Məmmədzadə səfirə bu tədbirə dəstək verməyə və iştirak etməyə hazır olduqlarını bildirdi.