Fəlsəfə İnstitutunun böyük elmi işçisi Çeçenistan Respublikasında keçirilən konfransda iştirak etmişdir
AMEA-nın Fəlsəfə İnstitutu “Sosiologiya” şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə 6-7 dekabr 2019-cu ildə Rusiya Fedarasiyasının Çeçenistan Respublikasında M.D.Millionşikov adına Qroznı Dövlət Neft-Texniki Universiteti, Çeçenistan Dövlət Universiteti, Çeçenistan Dövlət Pedoqoji Universiteti, Dağıstan Dövlət Universiteti və Rusiya Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutu tərəfindən təşkil edilən “Ekstremizmə və terrorizmə qarşı etnomədəni resursların səfərbər edilməsi ən vacib amil kimi” adlı III Beynalxalq elmi-praktiki konfransda əyani iştirakçı olaraq “Dözümlülük və siyasi ədalət: hüquqi dövlət kontekstində” mövzusunda məruzə etmişdir.