Fəlsəfə İnstitutunun böyük elmi işçisi Anar Qafarov “Hz. Mövlana və Mədəniyyətlərdə Vəfa” adlı beynəlxalq konfransda iştirak edib
Türk-İslam dünyasının dahi mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin vəfatının 746-cı il dönümü münasibəti ilə Türkiyə Respublikası Səlçuk Universiteti Mövlana Tədqiqatlar Mərkəzi və Atatürk Kültür Mərkəzinin rəhbərliyi sayəsində Konya şəhərində keçirilən “Hz. Mövlana və Mədəniyyətlərdə Vəfa” adlı beynəlxalq konfransda ölkəmizi Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi fəlsəfə üzrə fəlsədə doktoru, dosent Anar Qafarov təmsil edib. Konfransda Azərbaycanla yanaşı bir çox xarici ölkələrdən alimlər iştirak etmişdir. Konfrans Atatürk Kültür Mərkəzinin Direktor müavini Dr. Adem Uzunun açılış nitqi ilə başlamış, daha sonra Mövlana Araşdırmaları İnstitutunun müdiri Prof. Dr. Ali Temizel, Səlcuq Universitetinin rektor müavini Prof. Dr. Ahmet Kaan Karabulut, Prof. Dr. Kadir Güldiken və Konyanın millət vəkili Prof. Dr. Hacı Ahmet Özdemirin “Mövlana və mədəniyyətlərdə vəfa” məzmunlu məruzələri ilə davam edərək, müxtəlif ölkələrdən gələn alimlərin Mövlana ilə əlaqədar tədqiqatlarını əks etdirəcək məruzələr dinlənilmişdir.
Konfransda Anar Qafarovun “Ahlakın temeli bağlamında Mövlanayı yeniden okumak” (“Əxlaqın mənbəyi müstəvisində Mövlana yaradıcılığının təhlili”) adlı elmi-fəlsəfi məruzəsi maraqla dinlənilmişdir. A.Qafarov öz məruzəsində Mövlanın əxlaq düşüncəsini metafizik, epistemoloji, psixoloji və sosioloji aspektlərdən analiz etmiş, əxlaqın mənbəyi problemini fəlsəfi və dini müstəvidə əsaslandırmışdır. O, bu mənada Mövlana Cəlaləddin Ruminin ağıl-vəhy münasibətlərinə yanaşmasını təhlil edərək dahi mütəfəkkirə görə əxlaqi propozisiyaların mənbəyi problemini metafizik, epistemoloji və psixoloji müstəvidə müzakirə obyketinə çevirmişdir. Məruzəsi əsnasında Mövlananın “Divani-Kəbir”, “Məsnəvi” və “Fihi ma fih” adlı əsərlərində yer alan bir neçə metafordan nümunələr gətirən A. Qafarov, məruzəsini məhz özünün müəllifi olduğu və insanın bugünki mənəvi böhranını dilə gətirən şeiri ilə bitirmişdir. A. Qafarovun Mövlana yaradıcılığına metafizik və epistemoloji yanaşmasını əks etdirən məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.