07.01.2020, 14:38 - Baxış sayı: 676

“İnteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində” adlı monoqrafiya nəşr olunub


“İnteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində” adlı monoqrafiya nəşr olunubAMEA Fəlsəfə İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Ağasəlim Həsənovun “İnteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində” adlı monoqrafiyası nəşr olunub.
Monoqrafiyada sosial fəlsəfədə aktuallıq kəsb edən inteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində nəzərdən keçirilir. Həmçinin, qloballaşma prosesinin fərd-cəmiyyət münasibətlərinə təsiri, sosiomədəni transformasiyanın aktual məsələləri araşdırılır. Eyni zamanda sosiallaşmaya təsir edən amillər, milli modernləşmənin özəllikləri, sosial kapitalın fərd-cəmiyyət münasibətlərinə təsiri, polietnik cəmiyyətlərdə aparılan multikulturalizm siyasətinin cəmiyyətdaxili inteqrasiyadakı rolu təhlil olunur.
AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 27 iyun 2019-cu il tarixli iclasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru f.e.d.,professor Əlikram Tağıyev, rəyçiləri f.e.d., professor Əli Abasov, f.ü.f.d.,dosent Mətləb Mahmudov və f.ü.f.d., dosent Zeynəddin Şabanovdur.