Tarixin qanlı səhifəsi
Akif İbişov
Fəlsəfə institutunun “Etika” şöbəsinin elmi işçi
20 Yanvar “Şəhidlər Günü. Qara Yanvar “Allah Yolunda öldürünlərə (Şəhid olanlara) “ölü” deməyin, əksinə Onlar (Allah dərgahında) diridirlər.
Lakin siz bunu dərk etmirsiniz. Onları Rəbbi tərəfindən bağışlanmaq ilə (cənnət) gözləyir. Onlar doğru yolda olanlardır. (Qurani-kərim, “Əl-Bəqərə” surəsi 154, 157-ci ayələr).
Bu gün 20 Yanvar faciəsinin 30-illiyi qeyd olunur.
20-ci əsr, 1990-cu il!
Azərbaycan xalqının qəlbində silinməz bir iz!
“Yenidənqurma” deyilmiş, üzü bir cür, içi ayrı cür olan siyasət!
Əvvəlcədən qurulmuş, daşnakların elan edilməmiş müharibəsi, erməni diasporunun açıq-aşkar irticaları.
Mərkəzin birtərəfli mövgeyi, cinayətkarların kökünün gizlədilməsi.
Bəzi rəhbərlərin və onun əlaltılarının saysız-hesabsız xəyanətləri.
Azərbaycan torpağında, Bakıda dinc əhalinin kütləvi surətdə amansızca qətlinə gətirib çıxaran cinayətkarlıq.
Azərbaycanda Sovet Orudusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunlarının iri kontingentinin vəhşilik və qəddarlıqları paytaxtda və Respublikanın rayonlarında –Lənkəranda, Neftçalada, 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir.
Həmin hərbçilər 200 ev və mənzili, 80 avtomaşını, dövlət və şəxsi əmlakları məhv etmişdilər.
Həlak olanlar arasında, qadınlar, uşaqlar, qocalar, təcili yardım işçiləri və milislər (polislər) də olmuşdur.
Onlar azərbaycanlı, rus, tatar, yəhudi millətlərinə mənsub idilər.
Sovet Ordu birləşmələrini Azərbaycana dəvət edən, zabit və əsgərlərin törətdiyi vəhşilikdən sonra, özlərini itirən o zamankı Respublika rəhbərliyi idarəçiliyi iflic vəziyyətinə salmışdı. Xalqın başsız olduğundan Şeyxülislam Allahşükür Paşazadə həzrətləri əsl müdriklik və qətiyyət nümayiş etdirərək, xalqla birlikdə olub, xalqa doğru yol göstərdi.
BMT-yə, dünya dövlətlərinin rəhbərlərinə göndərdiyi müraciətlərdə Şeyxülislam qətliama fərman verən SSRİ rəhbəri Mixayıl Qorbaçovu ittiham etdi. O, eyni zamanda müraciətlərində təkidlə tələb edirdi ki, Azərbaycanda həyata keçirilən vəhşiliyə son qoyulsun. Bütün vətəndaşların təhlükəsizliyi təmin edilsin, hadisəni törədənlər cəzalandırılsın.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin məsləhəti ilə xalqını ürəkdən sevən, vaxti ilə Azərbaycan xalqının Ali Sovetinin deputatı, tikinti materialları sənayesi naziri Arif Mansurov, (Allah ona rəhmət etsin); Bəstəkar Arif Məlikov, Böyük alim-şərqşünas, akademik Ziya Bünyadov (Allah ona rəhmət etsin) hərbçilərin həddinin aşmasından, xalqımızın təhlükəsizliyinə təminat almaq üçün Azərbaycan K.P. Mərkəzi komitəsinə getdilər.
Onları M.K. Katibi V.Polyaniçka, SSRİ Müdafiə Naziri D.Yazov, SSRİ Daxili İşlər Naziri Vadim Bakatin qəbul edərkən nümayəndələrin heç biri onlarla salam etmədən Şeyx həzrətləri çox hiddətlə:
- Mənim xalqım bir gecədə yüz ildə verə biləcək qədər qurban vermişdir.
Bu tək-tək insanların deyil, bütöv bir xalqın faciəsidir. Xalqın oğul və qızları bir yerdə çiyin-çiyinə dayandıqları vaxt həlak etmişlər. Xalqın nifrət və qəzəbini onlara çatdırdı.
1990-cı ilin Yanvar günlərində Azərbaycanın taleyi həll olunurdu. Xalqımız çətin imtahan qarşısında idi.
Belə bir çətin və mürəkkəb zamanda, xalqımızın ağır günlərində ilk dayaq olan, xalqla bir olduğunu bəyan edən Ümummilli lider, Ulu Öndər Heydər Əliyev oldu.
Moskvada mətbuat konfransı keçirən görkəmli dövlət xadimi Heydər Əliyev Qorbaçov və onun əlaltılarının tənqid etdi. Xalqımıza qarşı törədilən vəhşiliyə görə onlardan hesab tələb etdi.
Allahın yardımı, müdrik və qəhrəman oğullarımızın əzmi sayəsində Azərbaycan xalqı bu çətin imtahandan üzüağ çıxdı.
İmperiyanın gücü, silahı Azərbaycan xalqının azad və müstəqil olmaq ideyalarına qalib gələ bilmədi. Şəhidlər azadlıq istəyinin əbədiliyini sübut etdi.
Xalqımız Ulu Öndərin rəhbərliyi ilə XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu.
Bu gün qüdrətli bir dövlət kimi addımlar atan Azərbaycan müstəqillik yolunda canında keçən şəhidləri heç vaxt unutmur.
Belə məqamda hər il qara 20 Yanvar “Şəhidlər günü” Dövlət rəhbərlərimizin və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yüksək səviyyədə anım mərasimi təşkil edilir, xalqımız Şəhidlərin Xiyabanını ziyarət edir, dualar oxunur, şərəflərinə xatir ehsanlar verilir. Şəhid ailələrinə yardım və köməkliklər edilir.
Allah Bütün Şəhidlərimizə rəhmət etsin! Amin!