“İdeyalar gecəsi” çərçivəsində tədbir keçirilib
Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Planet canlı varlıqdırmı?” mövzusunda tədbir keçirilib.
Fransanın ölkəmizdəki səfirliyi, Fransız İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan-Fransız Universiteti tərəfindən təşkil olunan tədbirdə alimlər, müəllimlər, tələbələr, tədqiqatçılar, filosoflar iştirak ediblər.
Tədbir birinci hissəsində Fransa səfirliyinin Əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri Jerom Kel moderatorluq edib.
Fransa səfirliyinin birinci müşaviri Dominik Jantiy, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov mövzu ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətindən danışıblar.
Tədbirin ikinci hissəsi isə AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Zöhrə Əliyevanın moderatorlğu ilə davam edib.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Xəzər dənizi – planetimizin unikal və relikt coğrafi obyekti”, AMEA Fəlsəfə İnstitutunun elmi işçisi Zaur Rəşidov “Təsəvvüfdə kainat nizamının ezoterik təsviri” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra yerli və xarici tədqiqatçılar tərəfindən “Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar” və digər mövzularda interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir “İdeyalar gecəsi” çərçivəsində keçirilib. “İdeyalar gecəsi” hər il sərbəst şəkildə aktual məsələləri müzakirə etməyə, hər sahədə fikir irəli sürənləri dinləməyə, dövrümüzün əsas problemləri üzərində fikir mübadiləsi aparmağa dəvət edir.