Fəlsəfə İnstitutunun direktoru medalla təltif edilib
Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyliyə yubiley medallarını təqdim edib.
Fəlsəfə İnstitutunun kollektivi institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadəni “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” medalı ilə təltif olunması münasibətilə təbrik edir, ona elmi yaradıcılıq işlərində uğurlar arzulayırlar.