26.02.2020, 12:24 - Baxış sayı: 926

“Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər” adlı kitabı işıq üzü görüb


“Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər” adlı kitabı işıq üzü görübBu günlərdə “Elm və təhsil” nəşriyyatında (Bakı, 2020, 200 səh.) AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər” adlı kitabının yenidən işlənmiş ikinci nəşri işıq üzü görüb.
Kitabda fəlsəfə və elm, onların qarşılıqlı əlaqəsi probleminə toxunulur, həmçinin bu problemə elmin fundamental və ya tətbiqi təbiətşünaslıq və fəlsəfə prizmasından baxılır. Kitabın əsasını müəllifin fəlsəfə və elmin qarşılıqlı əlaqəsinin dərkinin özünə, şüura, mədəniyyətə və s. təsirinin mənalandırılmasına həsr olunmuş çıxış və məqalələri təşkil edir.
Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor T.M.Maxmatovdur (Rusiya Federasiyası), redaktoru Q.X.Camalovdur.