02.03.2020, 10:44 - Baxış sayı: 955

“Davamlı inkişafın sosial və fəlsəfi problemləri” adlı monoqrafiya nəşr olunub


“Davamlı inkişafın sosial və fəlsəfi problemləri” adlı monoqrafiya nəşr olunubBu günlərdə “Davamlı inkişafın sosial və fəlsəfi problemləri” (Bakı, “Elm və təhsil” 2020, 312 səh.) adlı monoqrafiya nəşr olunub.
Beş fəsildən ibarət olan kollektiv monoqrafiya davamlı inkişafın sosial, fəlsəfi, iqtisadi və ekoloji problemlərinin araşdırılmasına həsr edilmişdir. Kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı Rusiya Federasiyası, Özbəkistan və Monqolustan alimlərinin də davamlı inkişafın fəlsəfi problemlərinə həsr edilmiş məqalələri də yer almışdır.
Kitaba daxil edilən məqalələrin on ikisi Azərbaycan, altısı rus, dördü isə ingilis dillərində təqdim edilmişdir. Bu məqalələrin mövcud kollektiv monoqrafiyada birgə nəşr olunması, həm davamlı inkişaf fəlsəfəsinin qlobal xarakter daşıdığını, eyni zamanda tədqiq olunan mövzunun elmi aktuallığını göstərir.
Ali məktəb tələbələri, doktorantlar, müxtəlif idarəetmə sistemində çalışanlar üçün nəzərdə tutulan bu kitab davamlı inkişafın fəlsəfəsi ilə maraqlananlar üçün də faydalı olacaqdır.
Kitab AMEA Fəlsəfə İnstitutunun Davamlı İnkişaf şöbəsində hazırlanmış və İnstitutun Elmi Şurasının 28 oktyabr 2019-cu il tarixli qərarı ilə çapa məsləhət görülmüşdür (protokol№09).
Kitabın elmi redaktoru f.e.d., professor Sakit Hüseynov, rəyçiləri f.e.d., professor İzzət Rüstəmov, f.e.d.,professor Əlikram Tağıyev və f.e.d., professor Azər Mustafayevdir.