Anar Qafarov Ukraynada keçirilən beynəlxalq konfransda iştirak edib
2020-ci il 28-29 fevral tarixdə İslam Tədqiqatları Mərkəzi, Ostroh Akademiyasının Milli Universiteti Şərq Bölümü, Fəlsəfə İnstitutu və Ukrayna Milli Elmlər Akademiyası Beynəlxalq İslam Düşüncə İnstitutunun dəstəyi ilə Ukraynanın Kiyev şəhərində təşkil olunan “Şərqi-Mərkəzi Avropada İslamın Öyrənilməsi və Təhsili: Tarixi xüsusiyyətlər və çağdaş perspektivlər” adlı beynəlxalq konfransda AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi və Azərbaycan İlahiyyat İnstitutunu dinşünaslıq kafedrasının müəllimi f.f.d., dosent Anar Qafarov təmsil etmişdir. Azərbaycan, Ukarya, Belarus Respublikası, Polşa, Macarıstan və s. kimi ölkələrin alim və mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda A. Qafarov “Analysis on the Fundamental Values of Coexistence in Terms of Philosophy and Religion” (“Birgəyaşayışın fundamental dəyərlərinin fəlsəfi və dini aspektlərdən analizi”) adlı ingiliscə məruzəsi ilə çıxış etmişdir. A. Qafarov öz məruzəsində Qloballaşma prosesi ilə cəmiyyətlər üçün mədəni müxtəlifliyin labüd olduğunu qeyd etmiş, bu prosesin lokal və qlobal dəyərlərin bölüşülməsi və müxtəlif mədəniyyətlərə məxsus olan fərdlər arasındakı münasibətlərin inkişaf etməsi baxımından müsbət bir hadisə olduğunu vurğulamışdır. A.Qafarov eyni zamanda cəmiyyətlərdəki mədəni müxtəlifliyin ictimai vəhdət zəminində həll edilməsi bir o qədər də asan olmayan bəzi problemlərə səbəb olabiləcəyini də qeyd edərək cəmiyyətlərdə dəyərlərin və tolerant atmosferin qorunub saxlanılması istiqamətində siyasi və içtimai sahədə görülən tədbirlərin, praktiki olarak atılan konkret addımların əhəmiyyətli olduğuna diqqət çəkib. A.Qafarov dünyada birgəyaşayış və multikulturalizmlə əlaqədar baş verən hadisələrdən bəhs edərək dünyanın bu mənadakı sosial və siyasi mənzərəsini analiz etmiş, müxtəlif ölkələrdə bu istiqamətdə baş vermiş və verən xoşagəlməz hadisələrdən nümunələr gətirmişdir.
A.Qafarov məruzəsinin sonunda Azərbaycanın multikulturalizm və tolerantlıq istiqamətində nümunəvi ölkə olduğunu qeyd edərək, multikultural və tolerant atmosferin qorunub saxlanılması məqsədi ilə ölkədə atılan siyasi-ictmai addımlardan bəhs etmişdir. O, bu mənada Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamları sayəsində ölkədə təşkil olunan beynəlxalq dövlət tədbirlərilə yanaşı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanlar İdarəsinin və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətlərindən ətraflı şəkildə bəhs etmişdir.
Məruzəçi konfrans iştirakçıların verdiyi suallara cavab olaraq Azərbaycanda birgəyaşayış ənənəsinin hüquqi, siyasi və dini əsaslarından bəhs edərək bitirmişdir.