Fəlsəfə İnstitutunun böyük elmi işçisi Türkiyədə keçirilən III Beynalxalq Simpoziumda iştirak edib
AMEA-nın Fəlsəfə İnstitutu “Sosiologiya” şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə 6-7 mart 2020-ci ildə Türkiyə Cümhuriyətinin Ankara şəhərində keçirilən III Beynalxalq Erasmus Simpoziumda iştirak etmiş və AZERBAIJANI TURKIC LANGUAGE AS A STATE LANGUAGE: IN THE CONTEXT OF POLITICAL PHILOSOPHY (Azərbaycan türkcəsinin dövlət dili kimi inkişaf: siyasi fəlsəfə kontekstində) mövzusunda məruzə etmişdir.
O, öz məruzəsində Azərbaycan dilini elmi-tarixi-siyasi istiqamətdə təhlil edərək dilin siyasi əhəmiyyətinin əsas ideya xəttinin təşkil etdiyini deyib. Dilin Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən rəsmi dövlət dili olaraq elan edilməsi xalqın milli taleyində ideoloji və siyasi baxımdan zəruriliyini və mühümlüyüni izah edib. Dilin təkcə ünsiyyət vasitəsitəsi deyil, eyni zamanda, dəyərlər sistemi olduğunu qeyd edən məruzəçi Azərbaycan Cümhuriyyətinin dil siyasətinin tamamilə humanist ideyalara əsaslandığını vurğulayıb.
Məruzəsi maraqla qarşılanan R.Ruşanzadə sertifikatla təltif edilib.