08.04.2020, 18:31 - Baxış sayı: 790

Fəlsəfə İnstitutunun direktoru onlayn müşavirə keçirib


Fəlsəfə İnstitutunun direktoru onlayn müşavirə keçiribAMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin AMEA əməkdaşlarının 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələrək AMEA Fəlsəfə İnstitunun əməkdaşları da ev şəraitində işlərini davam etdirirlər.
8 aprel 2020-ci il tarixində Fəlsəfə İnstitutunun direktoru, f.e.d. İlham Məmmədzadə onlayn müşavirə keçirib. Onlayn müşavirədə aşağıdakı məsələlər müzakirə olunub:
I. 2020-ci ilin may ayında görkəmli alim-filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun 100 illik yubileyinə həsr olunuş konfransın kecirilməsi haqqında;
II. 2020-ci ilin may ayında AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminarına hazırlıq işlərinin keçirilməsi haqqında;
III. Fəlsəfə İnstitutunda 2020-ci ilin I yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətin yekunları haqqında;

Yuxarıda sadalanan məsələlərlə bağlı Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli, f.e.d. Zümrüd Quluzadə, f.e.d., professor Rəna Mirzəzadə, f.e.d. Rəfiqə Əzimova, f.e.d. Arzu Hacıyeva və f.e.d. Füzuli Qurbanov öz fikir və təkliflərini bildirmişdirlər.

Müəyyən səbəblərə görə onlayn müşavirədə iştirak edə bilməyənlər məlumatlandırılacaqlar.