13.04.2020, 18:55 - Baxış sayı: 605

Fəlsəfə İnstitutunun əməkdaşı “Soyqırım bəşəri cinayət kimi” mövzusunda çıxış etmişdir


Fəlsəfə İnstitutunun əməkdaşı “Soyqırım bəşəri cinayət kimi”  mövzusunda çıxış etmişdir31 mart 2020-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzi Zaqatala nümayəndəliyinin təşkil etdiyi vebinarda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Zeynəddin Şabanov “Soyqırım bəşəri cinayət kimi” mövzusunda çıxış etmişdir.
Z.Şabanov əvvəlcə hazırda cəmiyyəti narahat edən yeni növ virusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə aparılan təxirəsalınmaz tədbirlərin əhəmiyyətindən, sağlam qalmaq üçün “evdəqal” kampaniyasına əməl edilməsinin zəruriliyindən danışıb. Daha sonra məruzəçi soyqırım anlayışının mahiyyətindən, dünyada baş verən soyqırım hadisələrindən, soyqırıma verilən beynəlxalq qiymətdən, insanlarda baş verən özgələşmə hallarının fəlsəfi mahiyyətindən, insan təfəkkürü və insan əlinin məhsullarının insana qarşı çevrilməsindən, qanlı davranışlardan danışmış, vebinara qoşulanları 102 il əvvəl mart ayında ermənilər tərəfindən azəbaycanlılara qarşı törədilmiş qanlı soyqırım hadisələri, cinayət əməlləri, işgəncələr barədə məlumatlandırmış və onların suallarına cavab vermişdir.