Dünyanı bürüyən pandemiya və proqnozlar
Hüseyn İBRAHIMOV,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru
Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün ön sırada koronavirus pandemiyası dayanır. Bu prosesin ən təhlükəli cəhəti həm də ondadır ki, o, qlobal səciyyə daşıyaraq, bütün bəşəriyyəti təhdid altına almışdır. Hələ bir neçə on illər öncə dünya alimləri bəşəriyyətin qlobal problemlərinin təsnifatını verərkən qarşıda bizi bir sıra təhlükəli ekoloji kataklizmlərin gözlədiyini də istisna etmirdilər. Elə həmin anlarda sivilizasiyaların toqquşması da daxil olmaqla, bir neçə mühüm nəzəriyyələr meydana gəlməyə başladı. Bütünlükdə isə həmin nəzəriyyələrin bir çoxunun nəticələri dünyanın baş verə biləcək təhdidlərini aradan qaldırmağa istiqamətlənmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman qloballaşan dünyanın pozitiv paradiqmalarının daha önə çəkilməsi xəttini əsas götürərək, dialoq fəlsəfəsi çağırışlarını gücləndirmişdir. Bakıda bu istiqamətdə keçirilən silsilə beynəlxalq humanitar forumların prinsipləri də mövcud bəşəriyyətin üzləşə biləcəyi problemlərin başvermə ehtimallarını azaltmağa, dialoq və sülhə çağırışlar, qlobal, sağlam həmrəyliyə zəmin yaratmağa istiqamətlənmişdir.
Bu gün eko-insan nöqtəsindən başlanan pandemiya dünyada dalğavari təsirlərlə bütün istiqamətlərə neqativ təsirlərini göstərir. Dünya bu çətin sınaqdan çıxmaq üçün var gücü ilə mübarizə aparır. Təbii ki, Azərbaycan da bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının və eyni zamanda, COVİD-19-la mübarizədə ölkəmizdə operativ qərargahın tələblərindən irəli gələn məsələlər üçün var gücü ilə çalışır. Bu istiqamətdə ölkə başçısının müvafiq sərəncamları ilə gücləndirilən xüsusi vəziyyətin forma və prinsipləri insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyaraq bu gün tam gücü ilə işləyir. İlk növbədə şəhərlərə giriş və çıxışın məhdudlaşdırılması, ciddi karantin rejimi üçün İKT resurslarından sistemli istifadə kimi məsələlər virusun əhatə dairəsinin genişlənməməsi üçün mübarizədə ən effektli üsullar kimi təqdirəlayiq hadisələrdəndir.
Bu gün dünya özünün yeni mərhələsinə qədəm qoymuşdur. Müasir dünyamızın qarşılaşdığı problemin qlobal xarakter daşıması da təbiidir. Çünki dünyada son 20 ildə münasibətlər – iqtisadi, siyasi, mədəni, ekoloji və digər sahələri əhatə edən inteqrasiya prosesləri, eləcə də həyat tərzi və dəyərlər sisteminə daxil olan münasibətlər yaxınlaşaraq, o qədər ümumi səciyyə daşımışdır ki, belə bir dövrdə yayılacaq virusun əhatə dairəsinin də sürətlə genişlənməsi labüd idi.
Lakin dünyanı düşündürən məsələlərdən biri də gələcəkdə – pandemiya aradan qaldırıldıqdan sonrakı dünyanın necə olacağı məsələsidir. Həm iqtisadi, həm sosiomədəni faktorlar, eləcə də digər amillər insanları düşündürməkdədir. Ancaq bir məsələ ətrafında fikir ayrılıqları, məqsəd müxtəliflikləri, antiinteqrasiya meyilləri gələcək koronavirusdan sonrakı dünyada nə qədər fərqli ola biləcəksə də, belə bir virusla qarşılaşma ehtimalının təkrarlanmaması üçün ekoloji zəmində dialoq və həmrəyliyi, qlobal təhlükəsizlik paradiqmalarının əsası indidən qoyulmalıdır. Bu pandemiyanın təsirləri göstərir ki, insanlar təhlükəsizlik naminə birgə olmalıdırlar.
Bu gün milli təhlükəsizlik anlayışı yalnız milli xarakter daşımayıb qlobal təhlükəsizlik anlayışı ilə çarpazlaşır. Qlobal təhlükəsizliyin prinsip və normalarının daim yerinə yetirilməsi zəminində gələcək fəaliyyətlər əlaqələndirilməlidir. İnsanları, dünya ictimaiyyətini yarıməsrlik prinsiplər deyil, aydın, müasir fəaliyyət normaları birləşdirməlidir. Bu gün insan haqlarından, fərdi azadlıq prinsiplərindən çıxış edən ən müxtəlif dövlətlər belə bu azadlıqları boğmaq, məhdudlaşdırmaq zərurəti ilə üz-üzə qalmışdır. Təbii ki, bütün bunların yönəldiyi obyekt birdir – insan. Deməli, insanın təhlükəsizliyi amili, onu əhatə edən liberalizm, demokratiya, bazar iqtisadiyyatı və s. kimi anlayışlardan xeyli üstündür.
Bu günün postulatları qlobal məkanda gedən proseslər, eyni zamanda, koronavirusla gedən mübarizədən sonra dünyanın istiqamətinin digər suallarını da yaradır. Dünyada xidmət sferalarının sayı həddən artıq çoxalmış, istehlak tələbatları isə o qədər artmışdır ki, çox qısa müddətli pandemiya dünyanı ərzaq çatışmazlığı ilə üz-üzə qoya bilər. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycan regionlarının inkişafı haqqında silsilə dövlət proqramları ölkəmiz üçün baş verə biləcək risklərin qarşısını almaqda mühüm tarixi əhəmiyyətə malikdir.
Ölkə başçısının xüsusi diqqəti ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin nəzdində yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı, pandemiya ilə mübarizə sahəsində əlavə tədbirlər haqqında sərəncamı, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında müvafiq sərəncamı bu silsilədə atılan mühüm addımlardır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində hər zaman ölkə üçün prioritet məsələlərdən ikincisi məhz informasiya – kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi olmuşdur. Bugünki dünya düzənində informasiyanın rolunun nə qədər əhəmiyyətli, vacib olması göz önündədir. Məhz ötən illər ərzində aparılan İKT siyasəti nəticəsində Azərbaycanın ən ucqar kəndləri də internet resurslarla əhatə olunmuş və hazırda yüksək internet –mobil şəbəkə provayderləri fəaliyyət göstərməkdədir. Təbii ki, müasir dövrdə informasiya sahəsində, mətbuatın işinin daha səmərəli təşkili sahəsində də müvafiq sərəncamlar bu silsilədə yeni keyfiyyət tələblərinin dərk olunması zərurətini artırır.
Son günlərdə Azərbaycan Respublikası qanunvericilik aktlarının müvafiq maddələrinə dəyişikliklərin edilməsi ilə bağlı ölkə başçısının çevik, operativ siyasi xətti Azərbaycan vətəndaşlarının, gənclərinin potensialının gücləndirilməsinə, təhlükəsizliyinə, insan faktoruna yönələn risklərin azaldılmasına hesablanmışdır. İstər Bakı şəhərində, istərsə də digər şəhərlərdə, regionlarda aparılan işlər artıq ona gətirib çıxarmışdır ki, Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi tam nəzarətdədir. Ölkə başçısının hər bir ailə başçısına ünvanlanan “evinizdə qalın”, “ailənizi, usaqlarınızı qoruyun” çağırışları hər bir vətəndaş üçün ünvanlanan dəyərdir. Artıq qısa bir zaman ərzində görülən işlərin nəticəsidir ki, əhali “COVİD-19” probleminin mahiyyətini dərk etmiş və bütünlüklə xalq bu işdə Prezidentlə həmrəyliyini nümayiş etdirərək, qaydalar çərçivəsində addımlar atır. Həmçinin, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları müəyyənləşmişdir. İşsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişinin müddəti uzadılmışdır. Nazirlər Kabineti koronavirusla mübarizə şəraitində əlillərin əlillik müddətinin uzadılması ilə bağlı müvafiq addımlar atmışdır. Göründüyü kimi, koronavirus şəraitində Azərbaycan dövləti maksimum səfərbərlik fəaliyyətini artırır. Ölkə rəhbəri tərəfindən aparılan uğurlu addımlar yoluxma hallarının müəyyənləşdirilməsində operativ iş mexanizmlərini təmin etmiş, tibb mütəxəssisləri çevik hərəkət edərək epidemiyanın genişlənməsinin qarşısını ala bilmişlər.
Bu gün Azərbaycanın tibb müəssisələrində dünyanın ən aparıcı şirkətlərinin istehsal etdiyi müasir laboratoriya cihazları qurulmuş və eyni zamanda, modern testlərlə təchiz edilmişdir. Müayinələrin də vaxtında aparılması, risk qrupuna daxil olan, yaxud tək yaşayan insanların lazımi avadanlıq və qida ilə təminatı istiqamətində həyata keçirilən sosial tədbirlər bu sahədə işlərin sistemli, effektli və dinamik səviyyəsini artırmışdır.
Dünyanı bürüyən pandemiya, eyni zamanda, bütün dövlətləri, cəmiyyətləri dalğavari dəyişikliklər və iqtisadiyyatların zəifləməsi, işsizliyin artması, istehlak prosesinin zəifləməsi prosesləri ilə üz-üzə qoydu. Azərbaycan Respublikası Prezidentinin operativ tədbirləri, istər tikinti sektorunda, istər sosial sahədə, istərsə də kənd təsərrüfatı, eləcə də işsizlərlə bağlı müavinətlərin artırılması və digər məsələlərlə sürətli, olduqca sistemli qərar və tapşırıqları karantin rejiminin gücləndirilməsi, infeksiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər bütünlükdə əhəmiyyətli və sistemli dinamikaya malikdir. Pandemiya dünya dövlətlərini, o cümlədən uğurla inkişaf edən Azərbaycanın da gələcək perspektivlərini müəyyənləşdirdi. Qeyd edək ki, hələ 10 il bundan öncə dünyanın qlobal problemlərinin təsnifatı haqqında mühazirələr dinləyərkən çoxumuz üçün bu fikirlər olduqca səthi, bəzən də inanılmaz görünürdü. Təbii ki, koronavirus həmin qlobal problemlər müstəvisindən ortaya çıxan bir pandemiya olaraq da səciyyələndirilməlidir. İnsan cəmiyyətlərinin istehlak tələbatlarının sürətlə artdığı və qlobal zəmində transformasiyalara uğradığı müasir dövrdə bu bəla artıq ön plana keçmişdir. Eyni zamanda, qarşıda dünya düzəninin gələcək paradiqmalarını müəyyənləşdirəcək çıxış faktorları qarşıda durur. Bunları aşağıdakı kimi də səciyyələndirmək olar:
-qənaətcil və möhkəm əsaslara malik iqtisadiyyatın formalaşdırılması;
-qənaətcillik prinsipinin ailə təsərrüfatlarında bərqərar olması;
-ekoloji təmiz mühitin qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq dialoq əməkdaşlığı mühitinin yaradılması;
-aydın oldu ki, liberalizm və liberal iqtisadiyyat qalib ola bilməz. Dövlət funksiyasının zəif olduğu, mühüm olmadığı cəmiyyətlər nə qədər bolluq içində yaşasalar da öz təhlükəsizliklərini təmin edə bilməzlər. Odur ki, digər sahələrə qoyulan sərmayələrin ekoloji rifaha və ekoloji sağlamlığa yönəldilməsi;
-kənd təsərrüfatının dirçəldilməsi, fermer təsərrüfatlarının istehsal qabiliyyətlərinin zəruri və əlaqələndirilmiş istehsala yönəldilməsi;
-dünyanın münaqişə yolu ilə deyil, sülh paradiqmaları ilə idarə edilməsi və s.
Bütün bunlar onu göstərir ki, dünyanın gələcək mənzərəsində bu kimi bəzi tezislər pozitiv təfərrüatlar sırasına daxil ola bilər.
"Xalqqazeti.com"