Bakıda 27 aprel işğalı və İranda Sovet təxribatları
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Azərbaycanın 27 aprel 1920-ci il tarixində Sovet Rusiyası tərəfindən işğal edilməsindən və Cənubi Azərbaycanda Xiyabani hərəkatının başlanmasından 100 il vaxt ötür.
Azərbaycan çoxminillik dövlətçilik tarixinə malik olsa da, bu tarixdə XX əsrin xüsusi yeri vardır. Ümumiyyətlə, dünya tarixində XX əsr tamamilə fərqli bir dönəm kimi yadda qalmış, həm bəşəriyyət üçün yaratdığı təhlükələrlə, həm də gələcəkdə baş verəcək bir sıra təhlükələrin zəminin qoyulması ilə tarixə keçmişdir. İki dünya savaşı, soyuq müharibə və cürbəcür gizli müharibələr ikinci minilliyin sonunda bir həqiqəti üzə çıxardı: dünyamız hər an geniş anlamda deyilsə, öz mədəniyyətinin qurbanına çevrilə bilər. İndi, yeni minilliyin əvvəllərində daha da kürəsəlləşən, məlumat və təmas baxımından vahid canlı orqanizmə çevrilən dünyamızı nəinki nüvə silahları ilə, hətta deməyəsən kiçicik virusla da “qiyamət”ə sürüklənə bilərmiş. Azərbaycan da XX əsrdə dünya tarixində baş verən proseslərdən kənarda qalmamış, zamanın kədərini də, sevincini də yaşamış, tarixi təlabat anlarında öz səsini qaldırmışdır. Müasir tariximizin ən iftixarlı və ən dəhşətli mərhələləri də həmin əsrə təsadüf etmişdir.
Ulu öndər Heydər Əliyev xalqımızin XX əsr tarixinin dərindən və obyektiv şəkildə öyrənilməsinə xüsusi önəm verərək tarixçilırimizi bu dövrü yenidən tədqiq etməyə çağırırdı. Bu da təsadüfi deyildi, çünki XX əsr Azərbaycanın həm şimalinda, həm də cənubunda milli-demokratik hərəkatlar, istiqlal mübarizələri , müstəqil dövlət quruculuğu və ona qarşı yönələn düşmən qüvvələrlə ağır mübarizə dövrüdür. Cənubi Azərbaycanda həmin əsrin əvvəllərində, 1920-ci ildə və 1945-1946-cı illərdə Azərbaycan xalqının şahlıq rejiminə qarşı, sonu süqutla nəticələnsə də, azadlıq hərəkatları dövrüdür. Şimalda 1918-1920-ci illərdə iki illik müstəqillik dövründən sonra mənfi və müsbət tərəfləri ilə yetmiş illik sovet hakimiyyəti, 1991-ci ildən etibarən isə yenidən müstəqillik qazanılması və onu qoruyub saxlamaq uğrunda mübarizə dövrüdür. Indi keçən əsrə bir daha boylananda bir əsr bundan əvvəl baş verən və müasir dövlətçilik tariximizin məcrasını və mahiyyətini kökündən dəyişən facəli, qanlı hadisələr göz önünə gəlir. Təsəlli verən hal odur ki, hətta totalitar kommunist rejimində də xalqımızın milli düşüncəsi, təhsil və mədəniyyəti, vətənə, dilə, milli dəyərlərə münasibəti qadağa və təhdidlərə, həbslərə və sürgünlərə baxmayaraq inkişafdan qalmamış, müstəqil dövlətçiliyimiz üçün lazımi zəmin hazırlanmışdı.
27 aprel 1920-ci il tarixindən – Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğal edilməsindən 100 il ötür. İşğalların ildönümləri bayram edilmir, edilməməlidir də, amma bu qanlı aktı könüllü sovetləşmə kimi bizə bayram etdirirdilər. Bu xalqın təməl hüqüqlarının tapdanıb ayaq altına salınması, millətin aşağılanıb bir millət olmaq mahiyyətindən çıxarılması, onun milli mənliyinin, heysiyyətinin məhv edilməsi demək idi. Təqdim olunan yazıda bu işğalın yüz illiyini yada salmaqla tarixi yaddaşımızı bir daha arındırmaq, tarixin dərslərindən nəticə çıxarmaq niyətimizi ifadə etmək istədik. Ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi xaman Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yeri və əhəmiyyətindən danışarkən vurğulamışdı ki, bir halda bu Cümhuriyyət 1920-ci ilin aprelində işğal nəticəsində süqut etmişdir, o zaman bu işğala da siyasi qiymət verilməlidir.
Qeyd edilməlidir ki, Aprel işğalınadək Azərbaycanda, eləcə də İranda rus bolşevikləri fəal iş aparırdılar. Məsələ burasındadır ki, Birinci Dünya müharibəsində İran öz bitərəfliyini bəyan etsə də, ölkənin ərazisi müxtəlif xarici güclərin mübarizə meydanına çevrildi və İranın olduqca zəifləmiş, həm daxildə, həm də xaricdə nüfuzunu itirmiş şahlıq hakimiyyətinin bu proseslərə hansısa təsir etmək gücü yox idi. Belə ki, Antantaya daxil olan iki ölkənin - Rusiyanın və İngiltərənin silahlı qüvvələri artıq neçə illərdi ki, İranda idi, Britaniyanın qüvvələri cənubda və mərkəzdə, Rusiya qoşunları isə ölkənin şimal-qərbində, əsasən, Azərbaycan əyalətində yerləşdirilmişdi və bu Almaniyanın müttəfiqi kimi müharibəyə qoşulan Osmanlı dövlətinin qoşunlarının bu bölgədə həmin qüvvələrlə qarşıdurmasını labüd edirdi. İran demokratları isə bu qüvvələrin hər birinə qarşı idilər, onlar az-çox Almaniyaya rəğbət bəsləyir, rus-ingilis işğalına qarşı xalqı ayağa qaldırmaq üçün iş aparırdılar. Tehrandan çox da uzaq olmayan Qəzvin səhərində yerləşdirilmiş rus qoşunları hər an paytaxta hücum edə bilərdilər. Belə bir şəraitdə Osmanlı dövləti İran ərazisində Antantaya qarşı yeni cəbhə açdı, türk qoşunlarının İran Azərbaycanına daxil olması artıq zərurətə çevrildi və çox keçmədən bölgə qarşı-qarşıya duran xarici güclərin rəqabət və savaş meydanına çevrildi.
Rusiyada üç yüz illik monarxiyaya son qoyan 1917-ci il Fevral inqilabı, sonra isə bolşeviklərin oktyabr çevrilişi rus qoşunlarının İrandakı missiyasını da yeni şəraitdə dəyişdi, rus əskərləri arasında da inqilabi ideyaların ab-havası duyulurdu, buna baxmayaraq, ölkənin demokratik qüvvələri rus qoşunlarına etibar etmirdi. Bu həmin qoşunlar idi ki, Məşrutə hərəkatının (1906-1911) nailiyyətlərini ayaqlar altına salmaqda və bu inqilabın mübariz qəhrəmanlarına qanlı divan tutmaqda şah hökumətinin əsas yardımçısı olmuşdu.
Əlbəttə, Azərbaycanın, bir qədər sonra isə bütün Qafqazın Sovet Rusiyası tərəfindən işğal edilməsi Çar Rusiyasının itirilmiş bütün sərhədlərinin bərpa edib, hətta yeni ərazilər və təsir dairələri əldə etmək, dünyanın ancaq bir-iki dövləti tərəfindən tanınan Sovet Rusiyasının böyük geosiyasi coğrafiyada yerini möhkəmləndirmək siyasəti idi. Qərbin aparıcı dövlətləri tərəfindən təcrid edilən, tanınmayan yeni Rusiya aldadıcı və cəlbedici şüarlarla Şərqin müsəlman ölkələrinə nüfuz etməyə, bolşevik ideyalarını yaymaqla yoxsul təbəqələrin rəğbətini qazanaraq həmin ölkələrin xalqlarını bu və ya digər şəkildə özünə bağlayıb onları “sovetləşdirməyə”, bununla da zəngin neft və enerji mənbələrinə sahib olmağa, isti dənizlərə yol açan daha əlverişli mövqeyə malik olmağa can atırdı. Əbəs yerə yeni Rusiyanın hökumət başçısı Vladimir Lenin öz silahdaşlarına “Bakını ələ keçirmək olduqca, olduqca zəruridir” əmrini verməmişdi. Bakı həm neft demək idi, həm də bütün Şərqə açılan cazibəli qapı. Üzdə isə Sovetlər Şərq xalqlarının böyük hamisi, Rusiya və keçmiş Rusiya məkanındakı bütün müsəlmanların azadlıq ideyalarının tərəfdarı kimi görünürdü.
Nəzərə alınmalıdır ki, Sovet Rusiyasının yeni müstəmləkəçilik planları 1917-ci ilin oktyabr cevrilişindən dərhal sonra cızılmağa başlamışdı. Birinci Dünya müharibəsindən çıxdığını elan edən Rusiya İrandan və Osmanlı dövlətinin ərazisindən geri dönən silahlı əsgərləri arasında bolşevik təbliğatlarını genişləndirərək onlardan istilaçılıq məqsədilə məharətlə istifadə edir, yerli kommunistlərdən təşkil edilən “beşinci kalon”un dəstəyi ilə Şərqə doğru addım-addım irəliləyirdi. 1917-ci ilin dekabrında Bakı V.Leninin dəstək verdiyi bolşevik-daşnaq qoşunları tərəfindən tamamilə işğal edilmişdi. Milli qüvvələrin demək olar ki, təmsil olunmadığı Bakı Soveti formalaşdırılmış və V.Leninin çox geniş səlahiyyətlərlə təyin etdiyi S. Şaumyan burada Sovet hökuməti qurmuşdu. Onun tabeliyində rus bolşeviklərindən və erməni daşnaqlardan ibarət çoxminlik ordu var idi və Rusiyanın silahla və pulla təchiz etdiyi bu qüvvələrlə Rusiya bütün Qafqazı, ardınca Türkiyə və İranın mühüm bölgələrini öz ərazisinə qatmağı planlayırdı. Bunun üçün milli qüvvələr məhv edilib sıradan çıxarılmalı, Sovet hakimiyyəti adı ilə yeni imperiyanın qurulması təmin edilməli idi. Bakıda və Azərbaycanın bir sıra bölgələrində 1918-ci ilin martında Bakı sovetinin Azərbaycanın xalqına qarşı törətdiyi kütləvi qirğının da əsas məqsədi yerli xalqın iradəsini qirmaq, onu fiziki olaraq məhv edərək bütün ölkəyə sahiblənmək idi.
Bakıda çoxminlik orduya və Xəzər dənizində donanmaya sahib olan Sovet Rusiyası 1918-ci mayın 28-də Tiflisdə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini onun müvəqqəti paytaxtı olan Gəncədə ikən məhv etmək üçün planlar hazırlayırdı, lakin AXC rəhbərliyinin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Osmanlı Türkiyəsinin qardaşlıq yardımı ilə qurulan Qafqaz İslam ordusunun Bakıya zəfər yürüşünü durdura bilmədi və 15 sentyabr 1918-ci ildə Bakı düşmənlərdən azad edilib Cümhuriyyətin paytaxtı kimi öz qanuni yerini tutdu. Amma Lenin və hökuməti heç də planlarından əl çəkmək niyətində deyildilər və “beşinci kalon” daha fəallıqla işə salınmışdı.Ölkədəki bolşeviklər, rus ve erməni icmaları ölkəni daxildən zəiflədib parçalamağa yönləndirilmişdi. Xüsusilə də, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin hələ oturuşmadığı, yaxud zəif olduğu bölgələrdə geniş təxribatlar hazırlanırdı. Beləki, 1919-cu ilin mayında Lənkəranda və ətrafında rus bolşevikləri Xəzər dənizindəki donanma əskərlərinin də köməyi ilə hakimiyyəti ələ keçirib burada oyuncaq Muğan Sovet Respublikasının qurulduğunu elan etmişdilər. Rus bolşeviklərinin rəhbərlik etdiyi bu qondarma qurum Sovet Rusiyasının Bakını işğal etmək planında qurudan bir dayaq məntəqəsi rolunu oyamalı idi. Şimali Qafqaz Denikin ordusunun nəzarətində olduğundan Rusiyanın həmin istiqamətdən Bakıya yol tapması hələ mümkünsüz idi. Bu qurum əsasən ruslardan və ermənilərdən ibarət 1500 əsgər və zabitə malik idi və onun işinin Rusiya ilə əlaqələndirilməsində bolşevik Anastas Mikoyan mühüm rol oynayırdı. Lakin AXC hökumətinin və Azərbaycan milli ordusunun qətiyyətli hərbi əməliyatı ilə bu satqın qurumun qoşunları darmadağın edildi və iyun ayının sonunda bu bolşevik atəşi müvəffəqiyyətlə söndürüldü. Bu qrupun rəhbərlərinin bəziləri məhv edildi, bəziləri dəniz vasitəsilə öz himayədarlarının yanına qaçmağa məcbur oldular.
Azərbaycan Cümhuriyyətinin 1920-ci ilin 11yanvar tarixində dünyanın aparıcı dövlətləri tərəfindən tanınmasına baxmayaraq Sovet Rusiyası əsla müstəqil Azərbaycan dövlətini tanımaq niyətində deyildi və artıq əlaqələr qurduğu İran Qacarlar dövlətindən də Qafqazdakı müstəqil dövlətləri, o cümlədən Azərbaycan Cümhuriyyətini tanımamağı tələb edirdi. İstər 1918-ci ildə Bakı Sovetinin sədri Şaumyanın Sovet Rusiyası adından İrana yola saldığı siyasi nümayəndə, istərsə də ondan sonra Rusiyadan göndərilən sovet səfiri İran rəsmilərindən tələb edirdi ki, Qafqaz ölkələrindən gələn nümayəndə heyətləri ilə siyasi nümayəndəlik kimi yox, bir ticarət nümayəndələri kimi davransınlar. İran tərəfi bu xüsusda Rusiyanı əmin etmişdi ki, bu yeni cümhuriyyətlərlə siyasi münasibətlər qurmayacaq və Qafqaza göndəriləcək heyət İran təbəələrinin problemləri, ticarət və sair kimi qeyri-siyasi məsələlərlə məşğul olacaqlar. Məhz bu səbəbə görə 1919-cu ilin payızında İranın Azərbaycan Cümhuriyyətinə göndərdiyi dövlət rəsmilərindən təşkil olunmuş Fövqəladə Qafqaz Heyətinə rəsmi dövlət vəzifəlisi deyil, sonralar ölkənin Baş naziri olacaq gənc bir qəzet redaktoru olan Seyid Ziyaəddin Təbatəbai təyin edilmişdi.
Rusiya İran ərazisindəki emissarlarından məharətlə istifadə edərək burada hələ Məşrutə hərəkatı zamanından təsir gücünə malik sosyal-demokratların, bolşeviklərin və göndərdiyi təbliğatçıların köməyi ilə genişmiqyası işlər aparırdı. Həmin illərdə, həmçinin Birinci Dünya müharibəsi zamanı İranın şimal bölgələrində, xüsusilə Azərbaycan əyalətindəki rus hərbi hissələrindəki bolşeviklər “dünya inqilabı” ruhunda işlər aparmaqda idilər. İranda milli-demokratik hərəkat və partiyalarla yanaşı, rus bolşeviklərinin dəstəyi ilə İran Kommunist Partiyası və onun əyalət təşkilatları qurulurdu. Sovet Rusiyasının göndərdiyi kommunistlər partiya quruculuğunda həlledici söz sahibi idilər və onların daim milli-demokratik qüvvələrlə ixtilafları meydana çıxırdı.
Azərbaycan Cümhuriyyətinin işğalından az sonra Rusiyanın ordu və dəniz qüvvələri İranın şimalında Cənubi Azərbaycanın qonşuluğunda yerləşən liman şəhəri Ənzəlini işğal etmiş, Gilan vilayətini mərkəz Rəşt şəhəri olmaqla bütünlüklə ələ keçirmişdilər. Çoxsaylı rus qoşunlarına müqavimət göstərməyi uyğun bilməyən ingilis hərbi qüvvələri yaranmış qeyri-bərabər qüvvələr nisbətinə görə sakitcə bölgəni tərk etmişdilər. Əslində 1907-ci ildə bağlanmış Rusiya-Britaniya sövdələşməsinə görə İranın şimalı və qərbi rusların, cənubu və mərkəzi ingilislərin təsir dairəsində idi. İran tarixçilərindən birinin yazdığına görə o zaman yaxın əhatəsində olanlarla danışarkən İran şahı öz başına qapaz vuraraq deyibmiş ki, gör nə günə qalmısan, ey İran şahı, ölkənin cənubuna səfər etmək üçün ingilis, şimalına getmək üçün rus səfirindən icazə almalısan. Ancaq Sovet Rusiyası və Osmanlı dövləti qoşunlarını İranın şimalından və qərbindən çıxarandan sonra bu bölgələr artıq Britaniyanın təsir zonasına daxil edilmişdi, bu isə tədricən qüvvətlənən Sovet Rusiyasını narahat etməkdə idi.
Belə bir şəraitdə bolşeviklərin tədbiri ilə 1920-ci ilin iyun ayında Cənubi Azərbaycanın qonşuluğunda Gilan Sovet Respublikası (Cümhuriye Şourəviye Gilan) qurulduğu elan edildi. İranda mərkəzi hakimiyyətə qarşı başlanan məşhur Cəngəli hərəkatının lideri Mirzə Kuçek xan bu tanınmayan hökumətin başına gətirildi. İranın mərkəzi hakimiyyəti və bölgədəki Britaniya nümayəndəliyi tərəfindən təzyiqlər altında qalan Mirzə Kuçek xan bundan əvvəllər də əlaqə saxladığı rus bolşevikləri ilə ittifaq bağlamağı uygun saymış, onun qoşunlarının komandanı Ehsanullah xan da bu siyasi addımı dəstəkləmişdi. Lakin çox keçmədi ki, Mirzə Kuçek xanın sovetlərlə və İran Kommunist partiyası ilə ciddi ixtilafı yarandı. Qeyd etmək lazımdır ki, bu ixtilafın dərinləşməsinin əsas səbəblərindən biri də İranda Kommunist partiyasının yaradıcılarından biri olan Sultanzadənin bu hökumətin hər bir işinə yersiz müdaxilə etməsi idi. Əslən İran ermənisi olub Azərbaycanın Marağa şəhərində doğulmuş Avetis Sultanoviç Sultanzadə-Mikaelyan (1889-1938) Sovet Rusiyasının adamı olmaqla, əslində İrandakı bütün milli qüvvələrin əleyhdarı olmaqla, bundan əvvəl Təbrizdə qurulmuş Milli Hökumətin və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə də kəskin ziddiyyətdə idi. Onun fikrincə İrandakı demokratik hərəkatlar milli yox, sinfi prinsiplər üzrə qurulub fəaliyyət göstərməli, yalnız Kommunist Partiyasının rəhbərliyi ilə işləməli idilər. Sovet Rusiyasının Xarici İşlər Komissarının müavini, xüsusilə Şərq məsələlərində söz sahibi olan Karaxan da onu hərtərəfli dəstəkləyirdi. Mirzə Kuçek xanın V.Leninin yanına göndərdiyi nümayəndələr də olumlu bir nəticəyə gələ bilmədilər. Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkatının başlanması da sovetləri ümidləndirirdi ki, İranı bölüb-parçalamaq, onun şimal və qərb bölgələrini sovetləşdirmək yolu ilə tam təsir altına sala biləcəkdir.
Belə bir şəraitdə Mirzə Kuçek xan hokumətdən çəkildiyini bəyan edib Rəşt şəhərini tərk etdi. Bundan sonra qeyri-rəsmi olaraq hökuməti Ehsanullah xan idarə etməyə başladı və bu qurum sovetlərin əlində oyuncağa çevrildi. 1921-ci ildə Sovet Rusiyasının İran hökuməti ilə münasibətləri yaxşılaşdırmaq siyasəti onunla nəticələndi ki, sovetlərin bu hökumətə dəstəyi kəsildi və İranın mərkəzi hökumətinin bu quruma qarşı genişmiqyaslı əməliyyatlarının başlanmasına şərait yarandı. Beləliklə, bu qondarma quruma son qoyulmuş oldu.
Bolşeviklər Xiyabani hərəkatından da ingilislərin İranda varlığını zəiflətmək üçün istifadə etməyə çalışırdılar. Bir sıra müəlliflər Şeyx Məhəmməd Xiyabani üsyanının məhz 1920-ci ilin aprel ayının əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyətinin işğalı ərəfəsində başladığının təsadüfi olmadığını qeyd edirlər. Hələ üsyan başlamamışdan əvvəl, 1920-ci ilin fevral-mart aylarında Cənubi Azərbaycanda Britaniyanın İrandakı varlığına qarşı geniş hərəkat başlanmışdı. Antiingiltərə ovqatının qızışdırılmasında buradakı bolşevik emissarlarının, “Hümmət” və “Ədalət” təşkilatlarının nümayəndələrinin də xüsusi xidmətləri olmuşdu. Yeri gəlmişkən, o zaman Rusiyanın İran siyasətinin müəyyənləşdirilməsində RSFSR Xalq Xarici işlər komissarının müavini, milliyyətcə erməni L.M.Karaxan fəal rol oynayırdı. Adı və soyadı saxtalaşdırılmış ermənilərin bolşevik adı altında Cənubi Azərbaycana göndərilməsinin əsas təşkilatçısı da о idi.
Hazırda dövriyyədə olan bir çox sənədlər 1920-ci ildə Cənubi Azərbaycanda baş vermiş demokratik hərəkata bolşeviklərin təsir göstərməyə çalışdıqlarını təsdiq edir. M.Xiyabaninin Şimali Azərbaycanda müstəqil cümhuriyyətə yanlış münasibəti də bunu dolayısı yolla sübut edir.
Osmanlılar əvvəldən rus bolşevikləri ilə əlaqələrinə görə M.Xiyabaniyə qarşı zidd mövqedə olduqlarından demokratların onlarla əlaqələri soyuq və məsafəli qalmaqda davam edirdi. İngiltərənin demokratlara qarşı zidd münasibəti və onların əleyhinə apardıqları uzunmüddətli siyasət sayəsində ingilislərlə də müttəfiqlik qeyri-mümkün idi. M.Xiyabaninin həmfikri və sadiq məsləkdaşı Əli Azəri yazır ki, bu şəraitdə belə görünürdü ki, Rusiya imperiyasının hakimiyyətini devirmiş, çar Rusiyasının bağladığı ədalətsiz müqavilələrin ləğv olunduğunu elan edən və millətlərin öz müqəddəratını təyin etmə haqqını tanıyan yeni rus hökuməti demokratların mümkün müttəfiqi ola bilərdi. Qeyd etmək lazımdır ki, Azərbaycan demokratları 1917-ci il Rusiya inqilabını (Oktyabr çevrilişi nəzərdə tutulur – E.M.) alqışlayaraq “öz məmləkətlərində demokratiya uğrunda mübarizə aparmaqla yanaşı, digər millətlərin təməl suverenlik haqlarına hörmət bəsləyərək Rusiyada fəaliyyət göstərən həmin qruplarla ”qarşılıqlı dostluq əlaqələri yaratmaq üçün partiyanın əyalət komitələrinə tapşırıq vermişdilər.
Sovet hökumətinin “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə Müraciəti” M.Xiyabani və onun ardıcılları tərəfindən xoş ümidlə qarşılanmışdı, hətta bolşeviklərin təcrübəsindən faydalanmağa çağırışlar edilirdi, eyni zamanda Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi alqışlanırdı. Lakin çox keçmədən Sovet Rusiyasının yaxın qonşularına qarşı, xüsusilə Qafqazda istiqlaliyyət qazanmış xalqlara qarşı istilaçı siyasəti Cənubi Azərbaycan demokratlarını bolşeviklərlə münasibətləri tamamilə dəyişməyə və ehtiyatlı davranmağa vadar etdi.
"525.az"