Pandemiyadan sonra: “postböhran insan” tipi formalaşa bilər + MÜSAHİBƏ
Bir neçə aydır ki, koronavirus pandemiyası bəşəriyyəti böyük sınaqlar qarşısında qoyur. COVID-19-un təsiri özünü insan fəaliyyətinin bütün sahələrində göstərir. Bununla bağlı AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
-Son zamanlar COVID-19 pandemiyasını dünya səviyyəsində dəyişikliklər edə biləcək proses kimi təqdim etmək meyili açıq hiss olunur. Maraqlıdır ki, bu mövzuya çoxlu sayda elmi yazılar da həsr edilir. Alimlər, tədqiqatçılar, tibb sahəsində çalışanlarla yanaşı, siyasətçilər, geostrateji nəzəriyyələrlə məşğul olanlar da eyni proqnozu verirlər. Dünyada nələr baş verir?
- Vurğuladığınız məqamlar əsassız söylənilmir. COVID-19 bir neçə mənada “yeni pandemiya” kimi qiymətləndirilə bilər və çox düşündürücüdür ki, bu xarakteristika virusun birbaşa dağıdıcı və məhvedici gücü ilə elə də əlaqələndirilmir. Məsələ daha çox onun informasiya məkanında necə və hansı dinamikada təqdim olunmasından qaynaqlanır. Burada fəlsəfi baxımdan nəzərəçarpan bir neçə özəllik müşahidə edilir. Birincisi, COVID-19 virusunun elmi obrazı hələ tam formalaşmayıb. Yəni onu konkret xarakteristikalara malik elmi fakt kimi tam qəbul etməyin nəzəri modeli yoxdur. Bu virusun mahiyyəti və funksional özəllikləri ilə bağlı fərqli fikirlər var. Bilinən odur ki, o, SARS-la COVID 2-nin sintezindən yaranıb. Mənşəyi, necə yayılması, hansı temperaturda tam fəaliyyətsiz olması və başqa keyfiyyətləri haqqında bəzən bir-birini təkzib edən fikirlər söylənilir. Bu əsasda da həmin virusa qarşı müalicə dərmanı və ya peyvənd haqqında çoxlu sayda fikirlər dolaşır. Ortada konkret nəticə yoxdur.
İkincisi, alimlərdən və həkimlərdən çox siyasətçilər fikir bildirir və hökm verirlər. İndi COVID-19 sanki yeni kütləvi ölüm silahı kimi bir dövlətin başqalarına qarşı istifadə etdiyi vasitə qismində təqdim olunur. Bu da diqqətin pandemiyanı dayandırmağa deyil, daha çox ondan öz rəqiblərinə qarşı maksimum istifadə etməyə yönəldiyini göstərir. Bununla koronavirus bioloji varlıq sərhədini aşaraq, sosial-psixoloji, geosiyasi, geoiqtisadi və geomədəni obraza çevrilir. Həmin obrazın fonunda Sizin vurğuladığınız fikirləri ifadə edirlər. Yəni əgər dünyanın nizamının, sosial-mədəni mühitinin, insanın mövcudluq şərtlərinin dəyişdiyindən danışırlarsa, artıq COVID-19-a substantiv aspektdə zərərverici bioloji mikrovarlıq kimi baxmırlar. Ondan dünyanı necə görmək istədiklərini əsaslandırmaq üçün obraz kimi istifadə etməyə çalışırlar.
- Məncə, bu çox təhlükəli yanaşmadır. Bəşəriyyətin varlığı yeni risklərə atılmırmı?
- Bəli, təhlükəlidir və bütövlükdə bəşəriyyət qarşısında yeni risklərin meydana çıxması istisna deyil. Bu tezisin həm geosiyasi, həm də elmi aspektləri var. Hər iki aspektdə belə bir vəziyyət bütövlükdə XXI əsr üçün özlüyündə düşündürücüdür. Çünki bu yüzilliyi insan, mədəniyyət, tərəqqi, zəka, intellekt, texnoloji inqilablar dövrü kimi təqdim edirdilər. Qısa bir zaman içində aydın oldu ki, “gözəgörünməz”, “ən kiçik” mövcudatlar belə, dünyanın “nəhəngliyi”nə şübhə oyada bilər, dünyanın ən güclü ordularına malik olduqları ilə əsrlərdir öyünən dövlətlər aciz duruma düşərlər. İndi onların səsdən sürətli raketləri belə “bu kiçik varlığın” yaratdığı təhlükəni önləyə bilmir. Nüvə silahı yaddan çıxıb, “tac virus”un kütləvi qətlinin səbəbini də izah edə bilmirlər.
Üstəlik, geosiyasi kontekstdə də virusun “fəaliyyəti”nin mümkün nəticələrindən böyük narahatlıq yaranıb. Hətta qlobal nizam üçün təhdidlərin mövcudluğundan yüksək səviyyədə bəhs edirlər. Bu mənada “tac virus”u (COVID-19-u) “virusların tacı” adlandırmaq olar. Çünki o, qlobal qeyri-müəyyənliyi bir müstəvidən başqasına ata bildi. Alimlər, siyasətçilər, ekspertlər geosiyasi, siyasi, hərbi, iqtisadi, mədəni qeyri-müəyyənlikdən geniş danışdığı bir vaxtda, virus daha mürəkkəb xarakterli və daha genişmiqyaslı riskləri ortaya çıxardı. Bu əsasda yaranmış qeyri-müəyyənlik bəşəriyyəti bir sistem kimi daha həssas vəziyyətə gətirə və onu xaosa sürükləyə bilər.
Bu barədə artıq Henri Kissincer açıq və qətiyyətli danışır. Onun proqnozuna görə, pandemiya özündən sonra dünyada siyasi və iqtisadi xaos qoyacaq. Bəşəriyyət əvvəllər bu miqyasda təhlükə ilə üzləşməyib. Henri Kissincer insanları öz hökumətlərinə inanmağa çağırıb. Qarşılıqlı inam olmasa, heç bir hökumət uğurlu olmayacaq. Hətta COVID-19-dan sonra bir sıra hökumətlər iflasa uğraya bilərlər. Ona görə də dünya liderləri indidən pandemiyadan sonrakı dünya düzənini müzakirə etməlidirlər. Onu da deyim ki, güclü dövlətlərin siyasi liderləri də analoji fikirləri artıq ifadə edirlər. Eyni zamanda, qlobal miqyasda daha çox riskli vəziyyət bir sıra böyük və güclü dövlətlərin pandemiya mərhələsindəki fəaliyyəti ilə bağlıdır. Hətta onlar sırasında bir-birini COVID-19-u dünyaya yaymaqda günahlandıranlar vardır. Əlbəttə, bu kimi davranışlar da təhlükə yaradır.
Lakin elə dövlətlər də var ki, təmkinli, ölçülü-biçili davranır və pandemiyanın aradan qaldırılması üçün fəallıq göstərirlər. Azərbaycan onların sırasındadır. Dövlət başçısının həm ölkə daxilində pandemiya ilə mübarizə üçün atdığı ardıcıl addımlar, həm də beynəlxalq miqyasda irəli sürdüyü təşəbbüslər bunu sübut edir. Prezident İlham Əliyev Türk Şurası və Qoşulmama Hərəkatı təşkilatlarında pandemiyaya qarşı birgə mübarizənin aparılmasının təşəbbüskarıdır.
- Elə isə dünyanın gələcəyi ilə bağlı hansı proqnozları vermək olar?
- Geosiyasi nəzəriyyələrə görə, dünya düzəninin qlobal xaosa uğraması sosial-siyasi, geosiyasi, iqtisadi və mədəni sferaların hər birində ciddi böhranların yaranması nəticəsində mümkün ola bilər. Bu o deməkdir ki, indiki pandemiya fərdi və kollektiv səviyyədə dünyanı bir sistem kimi silkələyə bilər. Alimlər və siyasətçilər iqtisadi böhrandan daha çox danışırlar. Lakin problemin mənəvi-mədəni və psixoloji aspekti bundan heç də az əhəmiyyətli deyil. Bu faktorların pandemiyadan sonra hansı transformasiyalara uğraya biləcəklərinə proqnostik baxış maraqlı olardı.
Postluman sosiologiyasının tanınmış nümayəndəsi Dirk Bekkerin gələcək cəmiyyət haqqında 16 tezisi baxılan kontekstdə kifayət qədər cəlbedici təsir bağışlayır. Onun proqnozuna görə, gələcək cəmiyyətin insanı “yayğın”, “dalğın”, “inamsız” olacaq. Onu qeyri-müəyyənlik bürüyəcək. Və məhz bunu dərk edənlər xilas yolu arayacaqlar. Çünki qeyri-müəyyənliyi aşmaq üçün, öncə onun mövcudluğunu qəbul etmək, onda yaşamaq lazımdır. Bunu bacaranlar da vəziyyətdən çıxış yollarını ilk axtaranlar olacaq.
Belə çıxır ki, dünyanın xaosa sürükləndiyini qəbul edənlər az deyil. Pandemiya bu mənada gözlənilən bir prosesdir. Bununla dünya silkələnir, qeyri-müəyyənliyə düşür və bu keyfiyyətini dərk edir. Pandemiya qlobal özünüdərkə təhrik edən təsiredici amildir. Lakin bu mərhələdə dünyanın xaosa doğru hərəkətinin qarşısını almağın mümkün olmayacağı görünür. Yəni bəşəriyyət “xaosu dadmalı, onda yaşamalıdır” ki, xilas yolunu tapa bilsin.
- Məncə, bu ssenari bir qədər qorxuludur. Daha nikbin ssenari mövcud deyilmi?
- Çox təəssüf. Bu barədə əminliklə bir fikir bildirmək çox çətindir. Hələ bir neçə il əvvəl ABŞ-ın analitik mərkəzləri 2030-cu ildə dünyanın yeni təkamül xəttinə çıxacağı haqqında proqnozlar veriblər. Onu elmi terminlə “sinqulyar keçid” adlandırırlar. Yəni həmin mərhələ üçün minimum xəta ilə (“sinqulyarlıq” termini bu məqamla bağlı işlədilir) proqnoz verməyə çalışırlar. Həmin proqnoza görə, 2030-cu ildən bəşəriyyət kollektiv reallıq və insanlar ayrı-ayrı fərdlər kimi keyfiyyətcə fərqli bir mühitə transformasiya olacaqlar. Bu da sadə dildə, ümumiyyətlə, həyat tərzinin, cəmiyyətin bütün sferalarının yeniləşəcəyi və hətta fərdlərin öncələr müşahidə edilməyən psixoloji, mental, mədəni və bəlkə də fiziki keyfiyyətlərə malik olacağı deməkdir. İndiki pandemiya haqqında deyilənlərin işığında razılaşın ki, bu mənzərə elə də ürəkaçan təsiri bağışlamır. Düzünü isə Allah bilir.
- Yəni deyirsiniz ki, proseslər bu istiqamətdə və dinamikada davam etsə, bütövlükdə bəşəriyyətin etik siması dəyişə bilər?
- Mümkün ssenaridir. Bəli, bu məntiqlə insanlığın etik siması dəyişməlidir. Vurğuladığımız kimi, onun konkret məzmunu haqqında indidən dəqiq proqnoz vermək çətindir. Ancaq əsas etik qaydaların artıq klassik anlamdan kənarda dərk edilə biləcəyini demək olar. Xeyirxahlıq, əxlaqlılıq, ədalətlilik, vicdan və s. anlayışları “postxaos” insanı fərqli dərk edə bilər. Deməli, pandemiya başqa nəticələrlə yanaşı, “böhrandan sonrakı insan tipi”nin də formalaşmasına təkan verə bilər. Lakin nəzərə almaq lazımdır ki, burada çoxlu sayda təsiredici amillər var. Onların sistem halında hansı sinergetik effekti yaradacağı çox önəmlidir. Bəlkə də elə bir “təkamül cığırı” mövcuddur ki, bəşəriyyət etik aspektdə daha harmonik bir vəziyyətə transformasiya olunsun. Problemin bu tərəfi öncə fəlsəfi öyrənilməlidir. Eyni zamanda, müasir elmi istiqamətlərin nəzəri-metodoloji potensialından geniş istifadə etmək gərəkdir. Konkret desək, indi elmlərin yeni səviyyədə inteqrasiyasına ciddi ehtiyac meydana gəlib. Fənlərarası tədqiqatların üzərinə böyük yük düşür. Ayrıca, humanitar elmlər üçün bu məsələnin analizinin aktuallığı danılmazdır.
"Azertag.az"