“Heydər Əliyevin irsi: liderlik, zaman və gələcək” mövzusunda onlayn elmi seminar keçirilmişdir
08 may 2020 -ci il tarixdə AMEA Fəlsəfə İnstitutunun və Yeni Azərbaycan Partiyası Fəlsəfə İnstitutu üzrə Ərazi Təşkilatının təşəbbüsü ilə “Heydər Əliyev irsi: liderlik, zaman və gələcək” mövzusunda onlayn formatda elmi seminar kecirilmişdir. Tədbiri giriş nitqi ilə açan institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə seminarın mövzusunun aktuallığını qeyd edərək hazırkı pandemiya şəraitində Azərbaycanda gedən köklü islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, Ulu öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışdı.
Seminarda institutun direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli “Bir millət iki dövlət konsepsiyasının fəlsəfəsi”, fəlsəfə elmləri doktoru Sakit Hüseynov “Heydər Əliyev və islam həmrəyliyi”, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova “Heydər Əliyev irsində informasiya cəmiyyəti quruculuğu”, hüquq elmləri doktoru İsaxan Vəliyev “Heydər Əliyevin hüquqi islahatları”, fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “Heydər Əliyev fenomeninin düsturu”, elmi işçi Tünzalə Musayeva “Azərbaycanda milli təhsil sisteminin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri", elmi işçi Vüsalə Gülmalıyeva “Heydər Əliyev şəxsiyyəti və yaradıcı gənclər”, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov “Zaman keçdikcə dahiləşən və əbədiləşən siyasi lider”, fəlsəfə üzrü fəlsəfə doktoru Şölət Zeynalov “Şəxsiyyət fenomeni və zaman” mövzularında cıxışlar etdilər. Seminarda Azərbaycanın günbə-gün əldə etdiyi uğurlarının ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə əsaslandığı, ondan güc və qüvvət aldığı bildirilmiş, bu uğurların dayanıqlı və davamlı olmasında Prezident İlham Əliyevin apardıği müdrik siyasət ətrafında sıx birləşəməyin ziyalılar üçün ən vacib vəzifə olması tədbir iştirakçılarının ümumi fikri kimi qiymətləndirilmişdir.