06.03.2017, 13:21 - Baxış sayı: 984

“Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda seminar keçirilib


“Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda seminar keçirilib
Bu gün AMEA Fəlsəfə İnstitutunda “Kreativ tolerantlıq və konvergensiya” Elmi Disskussiya Klubunun “Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda növbəti elmi seminarı keçirilib.
Seminarda institutun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov məruzə ilə çıxış edərək sinergetik yanaşma prizmasında fənlərarası metodologiyanın formalaşması imkanlarından danışıb.
Həmçinin H.Haken, İ.Priqojin və digər alimlərin yaradıcılığından bəhrələnərək sinergetika ilə qeyri-səlis məntiqin nəzəri-metodoloji kəsişmə sahəsində fənlərarası metodologiyanın hazırlanması problemini də analiz edib.
Məruzəçi indiyə kimi bu sahədə apardığı tədqiqatların nəticələri haqqında da seminar iştirakçılarına ətraflı məlumat verib. Seminar qarşılıqlı müzakirələrlə başa çatıb.