Professor Sakit Hüseynov “Farabi irsi" mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib
2020-ci ilin may ayında Qazaxıstan Respublikasının Almatı şəhərində ensiklopedik alim, İslam dünyasının məşhur filosofu, "İkinci müəllim" kimi tanınan Əbu Nəsr al-Farabinin 1150 illiyinə həsr edilmiş "Farabi irsi" mövzusunda beynəlxalq onlayn konfrans keçirilmişdir. Konfransa dünyanın bir çox ölkələrindən - Azərbaycan, Özbəkistan, Türkiyə, Rusiya, Tacikstan, Qırğızıstan, Finlandiya, Bolqarıstan, Malaziya, Hindistan və b. ölkələrdən alimlər qatılmışdılar.
Konfransda AMEA-nın Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov da iştirak edirdi. S.Hüseynov beynəlxalq konfransın plenar iclasında "Orta əsrin böyük filosofu Əbunəsr Farabi və müasirlik" mövzusunda məruzə ilə çıxış etmişdir.
Professor Sakit Hüseynov məruzəsində Farabinin fəlsəfi irsini və onun Aristotelin, Platonun fəlsəfi təliminə münasibətini ümumi şəkildə izah etmişdir. Məruzəçi Farabinin fəlsəfi irsini şərh edərkən onun yaradıcılığının orta əsr Azərbaycan filosoflarından Əfzələddin Xunəci (1193-1248), Siracəddin Urməvi (1198-1283) və b. təliminə təsirini şərh etmişdir. Sakit Hüseynov məruzəsində Farabinin Azərbaycan filosoflarının yaradıcılığna təsirindən danışarkən Azərbaycanda Şərq fəlsəfəsinin tədqiqatçısı, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun da əsərlərinə istinad etmişdir.
Professor Sakit Hüseynov müasir dövrdə də Azərbaycan alimlərinin yaradıcılıqlarında Farabi yaradıcılığından istifadə edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Maraqlı məruzəyə görə konfrans təşkilatçılarından professor N.Şernuxammedov və B.Meyrbayev Sakit Hüseynova təşəkkür etmişlər.
Professor S.Hüseynovun konfransdakı məruzəsinin mətni PDF fayldan oxuya bilərsiniz: