Azərbaycan alimləri Moskva şəhərində keçirilən beynəlxalq onlayn konfransda iştirak ediblər
18-22 may 2020-ci il tarixdə Rusiya Xalq Təsərrüfatı Akademiyası və Rusiya Prezidenti yanında Dövlət Qulluğu və İdarəetmə İnstitutunun birgə təşkilatçılığı ilə “Dövlət İdarəçiliyi və Rusiyanın inkişafı: qlobal təhlükələr və struktur dəyişikliklər” mövzusunda Beynəlxalq onlayn konfransı keçirilmişdir. Konfrans bir çox maraqlı və aktual mövzuları əhatə etdiyinə görə müxtəlif bölmələrdə fəaliyyət göstərmişdir. Beynəlxalq konfransda demək olar ki, keçmiş SSRİ məkanından bir çox alimlər iştirak etmişdir. Bu konfransa Azərbaycan alimləri də dəvət olunmuşdur. Azərbaycan alimləri əsasən “Rusiyanın Davamlı inkişafa keçməsi perspektivləri: sosial-mədəni və informativ-kommunikasiya aspektləri” mövzusunda 19 may 2020-ci il tarixində təşkil edilmiş bölmədə iştirak etmişdilər.
Konfransın bu bölməsinin əsas təşkilatçıları uzun illər Rusiyanın Moskva şəhərində çalışan həmyerlimiz, həm Rusiyada, həm də Azərbaycanda tanınmış filosof, f.e.d., prof. Nizami Məmmədov və digər tanınmış filosof Şişova Janna Alekseyevna onlayn konfransı məharətlə idarə edirdilər.
Professor Nizami Məmmədov tərəfindən “Rasiyanın davamlı inkişafa keçməsinin əsasları” adlanan geniş məruzə konfransda müzakirə olunan mövzuların əsas strateji istiqamətini əks etdirirdi.
Konfransda dinlənilən əsas məruzələr Davamlı inkişafın siyasi-iqtisadi, sosial-fəlsəfi, ekoloji, mənəvi-etik problemlərinə həsr edilmişdir. Eyni zamanda hər hansı bir cəmiyyətin davamlı inkişafa keçməsində təhsil, sağlamlıq, mədəniyyət və informasiya-kommunikasiya aspektləri konfransda geniş müzakirə edilmişdir.
Konsransda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, f.e.d., prof. Sakit Hüseynov “Azərbaycanın davamlı inkişafa keçməsi: mövcud şərait və perspektivlər” mövzusunda məruzə etmişdir. Məruzə zamanı qloballaşma dövründə Azərbaycanın Davamlı inkişafa keçməsi prosesini təhlil edən S.Hüseynov XX əsrin 90-cı illərində respublikaya rəhbərlik edən Heydər Əliyevin idarəetmə məharətini şərh edərək ölkəmizin davamlı inkişafa keçməsində beynəlxalq təcrübəni və milli mənafeyi nəzərə aldığını faktiki materiallar əsasında xüsusi qeyd etmişdir.
Hazırki şəraitdə ölkəmizdə davamlı inkişafa keçilməsi ilə bağlı dövlət rəhbərliyi tərəfindən geniş miqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edən prof. S.Hüseynov Azərbaycanda yoxsulluğun azaldılması, regionların davamlı sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin rifahının yaxşılaşdırılması və s. problemlərin həll edilməsini konfrans iştirakçılarına izah etmişdir.
Konfransda prof. S.Hüseynovdan başqa İnstitutunun davamlı inkişafın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Gündüz Süleymanov “Qloballaşma dövründə milli sosial-ekoloji siyasət və davamlı inkişaf” mövzusunda, şöbənin elmi işçisi Hafizə İmanova “Davamlı inkişafın problemləri: iqlim dəyişiklikləri ilə bağlı itkilər” mövzusunda və İnstitutun Azərbaycan fəlsəfəsi tarixi şöbəsinin aparıcı elmi işçisi Nicat Məmmədovun “Meqapolis şəraitində davamlı inkişafa keçilməsinin xüsusiyyətləri” mövzusundakı məruzələri də konfras iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.
Qeyd etmək lazımdır ki, Beynəlxalq konfransda dinlənilən məruzələr 2020-ci ilin iyul-avqust aylarında konfrans materialları internet ressursunda nəşr edilib müəlliflərə göndəriləcəkdir.