11.06.2020, 10:52 - Baxış sayı: 662

Fəlsəfə İnstitutunun əməkdaşının məqaləsi Böyük Britaniyada nəşr olunub


Fəlsəfə İnstitutunun əməkdaşının məqaləsi Böyük Britaniyada nəşr olunubAMEA Fəlsəfə İnstititu “Estetika” şöbəsinin böyük elmi işçisi f.ü.f.d, dosent Təhminə Ağakişiyevanın “Ekoloji estetika: İnformasiya cəmiyyətinin optimallaşdırılmasında yeri və rolu” məqaləsi Böyük Britaniyanın Liverpul şəhərində «Scientific Achievements of Modern Society» mövzusunda keşirilən VI Beynəlxalq elmi – praktiki konfransın materiallar toplusunda çapdan çıxmışdır.
Məqalədə müəllif tərəfindən təqdim edilən mövzunun əsas mahiyyəti barədə məlumat verilir və eyni zamanda ekoloji estetikanın yeni bir elm sahəsi kimi tərifi açıqlanır. Həmçinin ekoloji estetikanın informasiya cəmiyyətində ekoloji və estetik normalarının optimallaşdırılmasında praktik tətbiqi geniş şəkildə izah olunur.
scientific-achievements-of-modern-society-5-7.02.20-1.pdf [16,46 Mb] (Yüklənib: 11)