“Azərbaycanda informasiya cəmiyyətinin inkişafının fəlsəfi problemləri: dil və kommunikasiya” adlı monoqrafiya nəşr olunub
Bu günlərdə AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmovanın “Azərbaycanda informasiya cəmiyyətinin inkişafının fəlsəfi problemləri: dil və kommunikasiya” adlı (“Azəri poliqrafiya”. 2020. 170 s.) monoqrafiyası nəşr olunub.
Monoqrafiyada müasir dövrdə informasiya cəmiyyətinin fəlsəfi, elmi-nəzəri problemləri, dünya sivilizasiyasının inkişafında informasiya cəmiyyəti mərhələsi, Azərbaycanda informasiya cəmiyyətinin inkişaf tendensiyaları araşdırılır, o cümlədən informasiya cəmiyyətinin tələbləri baxımından dil və kommunikasiya proseslərinin fəlsəfi mahiyyəti, dil və siyasət, azərbaycançılıq ideologiyasının formalaşmasında dil amili, informasiya cəmiyyətində ünsiyyət və kommunikasiya problemləri təhlil edilir.
Monoqrafiya ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin ictimai və humanitar fakültələrinin tələbələri, ümumiyyətlə, bu sahə ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.