Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Zeynəddin Şabanov onlayn konfrasda çıxış edib
20 avqust 2020-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala Nümayəndəliyinin təşkilatçılığı ilə növbəti vebinar keçirilmişdir. Vebinarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Gender mədəniyyətinin təbliği, erkən nikahlar və qadın zorakılığına qarşı mübarizə” mövzusunda geniş nitq söyləmişdir. Çıxışının əvvəlində natiq bildirmişdir ki, ölkəmizdə aparılan məntiqli tədbirlər nəticəsində yeni növ koronavirusun geniş yayılmasının qarşısı alınıb, yoluxanların sayı xeyli azalıb, sərt karantin rejimi yumşaldılıb. Bundan sonra da əhalinin verilən göstərişlərə və qaydalara əməl etməsinin zəruri olması qeyd olunub. Sonra Z.Şabanov gender mədəniyyətinin təbliği və genişlənməsi üçün ölkəmizdə aparılan dövlət siyasətindən, müxtəlif illərdə qəbul edilən qanunlardan və onların işləmə mexanizmlərindən, Prezident tərəfindən verilən fərman və sərəncamlardan danışmış, maariflənmə və təbliğat istiqamətində QHT-lərin, kütləvi-informasiya vasitələrinin rolunu təhlil etmişdir. Natiq daha sonra ölkədə erkən nikahlara və qadın zorakılığına qarşı aparılan tədbirlərdən bəhs etmiş, bəzi statistik göstəriciləri nəzərə çardırmış, mövcud problemlərin aradan qaldırılması üçün təkliflərinin irəli sürmüş, statusundan asılı olmayaraq hamını bu işə bacardığı qədər töhfə verməyə çağırmışdır.