Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans ikinci gün də öz işini davam etdirib +VIDEO
Görkəmli filosof Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans ikinci gün də öz işini davam etdirib.
Konfrans iştirakçılarını salamlayan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə sözü AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə verdi.
Akademik İsa Həbibbəyli Ziyəddin Göyüşovun ensiklopedik alim olduğunu və onun əsərlərinin o dövrün gəncliyində böyük izlər buraxdığını qeyd edərək, bu əsərlər sayəsində milli-mənəvi və elmi dəyərlərə sahib neçə-neçə alimlərin yetişdiyini vurğulayıb. Ziyəddin Göyüşov Sovet dövründə yazıb-yaratsa da ancaq milli müstəvidə öz fikirlərini cəmiyyətə çatdırmaq üçün ən müxtəlif elmi üsullardan yararlandığını da diqqətlərə çatdırıb.
Görkəmli alimin əsərlərinə diqqət çəkən İsa Həbibbəyli Ziyəddin Göyüşovun əsərlərində milli maarifçilik məsələlərinin xüsusi yer tutduğunu və bu yolda apardığı tədqiqatlarda maarifçiliyin konturlarının bir az da genişləndiyini deyib. Həmçinin Ziyəddin Göyüşovun apardığı fundamental elmi tədqiqatlarında onun əsas hədəfinin Azərbaycançılıq olduğunu vurğulayan akademik, bunu onun əsərlərindən də görməyin mümkün olduğunu qeyd edib.
İsa Həbibbəyli çıxışının sonunda konfransın ictimai elmlərə böyük töhfə verəcəyini deyərək, konfrans iştirakçılarına uğurlar arzuladı.
Sonra konfrans iştirakçılarından Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.e.d., professor Rəna Mirzəzadə, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, f.e.d., professor Sakit Hüseynov,, f.ü.f.d., Faiq Ələkbərov, f.ü.f.d. Aytək Zakirqızı, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d Məhəmməd Cəbrayılov, f.ü.f.d. Zöhrə Əliyeva çıxış edərək Ziyəddin Göyüşovun Azərbaycan etik fikrinin tədqiqində əvəzedilməz rolundan bəhs etmiş və onun elmi əsərlərinin XX əsrin sonlarında və indi də Azərbaycan gənclərinin etik tərbiyyəsində əvəz edilməz bir məndə olduğunu qeyd etmişlər.
Sonda konfrans iştirakçıları AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun əsərərindən ibarət beş cildliyinin nəşr olunması hasqqında qərar qəbul etdilər.
Qeyd edək ki, görkəmli alim-filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyi münasibəti ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dirfektoru, f.e.d., professor İlham Məmmədzadəyə xarici ölkələrdən Qalatasaray Universitetinin professoru Pol Andre Balanfat, Bolqarıstan Sosiologiya və Fəlsəfə İnstitutunun direktoru Albena Nakova, Sofiya Antipolis Universitetinin professoru Lea Razo, Genuya Universitetindən Kristina Mamayusupova, Əlcəzair Milli Araşdırmalar Mərkəzi, elmi işlər üzrə direktor müavini, professor Zaim Xənşələvi təbrik məktubları ünvanlayıblar.