Faiq Ələkbərlinin kitabı Türkiyədə çap olunub
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) "Turançılıq və Tanrıçılığa aid olan Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq" kitabı bu günlərdə Türkiyədə də çap olunub.
Türkiyənin "Astana yayınları" nəşriyyatında işıq üzü görən kitabı Alpaslan Dəmir çevirib.
Monoqrafiyada Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyətlərdən biri olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib. Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarının tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilib. Bununla yanaşı, Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapıb. Eyni zamanda, kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunub. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapıb.