Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli pakistanlı magistrantlara onlayn mühazirə oxuyub
14 sentyabr 2020-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Azərbaycanın Pakistandakı Səfirliyinin və İslamabad Qlobal Strateji Tədqiqatlar Mərkəzinin (CGSS) birgə təşkilatçılığı ilə təşkil edilmiş 7 həftəlik “Azərbaycanın müasir inkişafı” (Contemporary dinamics of Azerbaijan) mövzusunda internet üzərindən Təcrübə proqramı çərçivəsində pakistanlı magistrantlara mühazirə oxumuşdur. Orta əsrlərdə Azərbaycanın Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri ilə mədəni-mənəvi əlaqələrinə həsr edilmiş mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikasının bugünkü dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın tarixi etnik, dini, mədəni, siyasi bağlılığından qaynaqlandığı mühazirədə çoxsaylı tarixi faktlar və nümunələrlə ətraflı şərh edilmişdir.
Proqram çərçivəsində Azərbaycan müstəqilliyinin bərpasından sonra; Azərbaycan-Pakistan dostluğu və strateji tərəfdaşlığı; Azərbaycanın xarici siyasəti və beynəlxalq əlaqələr sistemində yeri; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi; Azərbaycan-Pakistan dostluğunda humanitar və mədəni əlaqələrin rolu; Müdafiə sahəsində əməkdaşlıq, iqtisadi, elmi-texniki əlaqələr; Müştərək tarixi ənənələr və dəyərlər kimi mövzular barəsində Azərbaycanın və Pakistanın yüksək ixtisaslı mütəxəssislərinin mühazirələri dinlənilmişdir.