22.09.2020, 11:37 - Baxış sayı: 525

“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” adlı kitabı Azərbaycan dilində nəşr olunub


“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” adlı kitabı Azərbaycan dilində nəşr olunubBu günlərdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Afaq Əsədovanın elmi redaktoruluğu ilə türkiyəli elm adamı Mahmud Erol Kılıçın “Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” adlı kitabı Azərbaycan dilində nəşr olunub. (“Elm və təhsil”, Bakı-2020)
Kitabda müasir türk fəlsəfi-ədəbi fikrinin görkəmli nümayəndələrindən biri olan Mahmud Erol Kılıç tərəfindən təsəvvüfün varlığı, bəşər təfəkkürünün bu günü və sabahı üçün bir örnək təşkil etməsi geniş formada əks edilmişdir.
Qeyd edək ki, kitabın ön söz müəllifi Afaq Əsədovadır.