Vətən Müharibəsində dövlətimizin və ordumuzun yanındayıq
Sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına təkan verdi. Ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.
Bu günlərdə ordumuza ümumxalq dəstəyini , dövlətlə xalqın bütün təbəqələrinin, hətta əks qütblərdə yer alan partiya və təşkilatların indiyədək misli görünməmiş həmrəyliyini, ölkə daxilində və xarici ölkələrdə torpaq bütövlüyümüz uğrunda vətəndaşlarımızın və soydaşlarımızın əzmkarlıqla çıxış etdiklərini, Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirdiklərini həyəcansız izləmək mümkün deyildir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun bütün əməkdaşlarının qəlbi də bu gün bütün xalqımızla bərabər qələbə əzmi ilə döyünür. Cəbhədə də döyüşən nümayəndəmiz vardır, gərəkdiyi zaman hər birimiz də silaha sarılıb Vətəni müdafiə etməyə, torpaqlarımızı düşməndən azad etməyə hazırıq.
Azərbaycanın Tovuz bölgəsində, Ermənistan – Azərbaycan dövlət sərhəddində Ermənistanın Azərbaycanın dinc əhalisinə və hərbi mövqelərimizə qarşı 12 iyul 2020-ci il tarixində törətdiyi hərbi təxribatdan sonra Azərbaycan Prezidenti dünyanın böyük dövlətlərinə, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə təcavüzkar Ermənistanın 30 ildir davam edən işğalçı siyasəti və yeni ərazilərin ələ keçirilməsi üçün hazırlıqlar etdiyini dəfələrlə çatdırdı, beynəlxalq gücləri, təcavüzkarı cilovlamaq üçün təsirli tədbirlər görməyə səslədi.
Hər zaman olduğu kimi Prezident İlham Əliyev yenə siyasi müdriklik nümayiş etdirdi, düşmənin məkrli təxribatına soyuqqanlılıqla yanaşaraq Ermənistan ərazisinə döyüş əməliyyatlarını keçirmədi, ordumuz düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr endirməklə kifayətləndi və beləliklə Ermənistanın üçüncü tərəfi müharibəyə cəlb etmək niyyəti baş tutmadı. Azərbaycan prezidenti "Biz nəyi, nə zaman və necə etməyi bilirik!"- bəyan etməklə öz strateq uzaqgörənliyini ortaya qoydu və yüksək kürsülərdən dünyaya dəfələrlə Ermənistanın təcavüzkar siyasətinin acı nəticələr doğuracağına və bunun məsuliyyətinin də təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyinin üzərində qalacağına dair çağırışlar etdi. Təəssüf ki, Azərbaycan Prezidentinin bu bu çağırışına müvafiq reaksiya verilmədi. Bu isə Ermənistanı daha da şirnikləndirərək ölkəmizin yeni ərazilərini işğal etməyə iştahlandırdı.
Burada vurğulamaq istəyirik institutumuzun bütün kollektivi bir nəfər kimi xalqımızın qələbə əzminə, vətənpərvər övladlarımızın Vətən uğrunda savaşına öz mənəvi dəstəyini ifadə edir. Ehtiyatda olan əsgər və zabitlərimiz, Qarabağ qazilərimiz hər an dövlətimizin çağırışına hazırdır.
Hamımızın ən böyük arzumuz budur ki, Silahlı Qüvvələrimiz bu günlər ərzində qazanılan uğurları davam etdirsinlər. Hamımız elliklə Böyük Vətən Müharibəsinə qalxaq, torpaqlarımızı bu uzunsürən işğaldan azad edək, mənfur düşməni qovub ölkəmizdən çıxaraq.
Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusunun və bütün Azərbaycan xalqının bu azadlıq müharibəsinin zəfərlə başa çatacağına ,nəyin bahasına olursa-olsun torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə dərindən inanırıq. Tarixi haqqımız olsa da, bizim düşmənin torpaqlarında gözümüz yoxdur, beynəlxalq hüququn tanıdığı öz torpaqlarımıza sahib olub dövlətimizin suveren haqqını təmin etməliyik. Əminik ki, çətin sınaqlardan keçmiş, həlledici anlarda həmişə coşqu ilə təzahür etmiş dövlət və xalq birliyimiz sayəsində buna nail olacağıq.
Azərbaycan filosoflarının qabaqcıl dəstəsi olaraq davam edən bu Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində zəfərlər, xalqımıza qələbə sevinci arzulayırıq!
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu