02.10.2020, 14:33 - Baxış sayı: 592

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Ali Baş Komandanın çağırışlarına hazırdır


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Ali Baş Komandanın çağırışlarına hazırdırMöhtərəm Ali Baş Komandan!
Azərbaycan xalqı öz qəhrəmanlıq tarixinin müasir mərhələsini yazmaqdadır. Bu mühüm tarixi fürsət Sizin - Azərbaycan xalqının güvənc və fəxr yeri olan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın azad olunması kimi şərəfli missiyanı həyata kecirir. Bu günkü Vətən təəssübkeşliyiniz, onun and yerimizə çevrilməsi və bölünməzliyi uğrunda onilliklər boyu gərgin siyasi mübarizəniz tariximizin şanlı səhifəsidir. Fəxrlə deyə bilərik ki, bu iradə hər birimizin bir amal, bir məqsəd, bir ideya ətrafında sarsılmaz birliyini yaratmışdır. Odur ki, milli təəssübkeşliyinizin və planetar təfəkkürünüzün uğurlu nəticələrini sosial mənsubiyyətindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı dərk edir, özünün mübarizə yoluna çevirir. Bu gün Vətən uğrunda mübarizədə ümumxalq izdihamı da Sizin xalq - siyasi lider birliyinin təzahürüdür.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun çoxsaylı ziyalı heyəti hər zaman Sizin ideyalarınızdan irəli gələn vəzifələrin yerinə yetirilməsini məqsəd olaraq qarşıya qoymuş, bu gün də öz potensialını səfərbər edərək Ali Baş Komandanın bütün çağırışlarına hazırdır!!!