Xalqımızın şərəf salnaməsi yazılır
Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz bizi tarixi torpaqlarımıza hər an daha da yaxınlaşdırır
Bu günlər hər birimizin ürəyi səngərdədir və hərbçilərimizlə birgə döyünür. Ard-arda cəbhədən gələn xoş xəbərlər sanki 30 ilə yaxın düşmən tapdağı altında inləyən torpaqlarımızın azadlıq nəğməsidir. Bu nəğmə Azərbaycan əsgərinin silahından atılan mərmi ilə ifa olunaraq, göylərdə "qisas” deyə hayqıran şəhid ruhlarına da bir salavat duasıdır. Haqq davası üçün düşmənə atılan o mərmidən ətrafa yayılan barıt qoxusu sabah xarı bülbülün ətrini ciyərlərimizə çəkəcəyimizin müjdəsidir.
"Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik” - deyən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi ilə düşmənin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz illərlə həsrətlə boylandığımız, qürurumuzun və şərəfimizin Murov zirvəsinə üçrəngli bayrağımızı sancıb.
Dövlət başçısının bu həssas və şərəfli günlərdə verdiyi müdrik, qətiyyətli qərarlar xalqımız tərəfindən rəğbətlə, coşquyla qarşılanır. Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr bizi bütün tarixi torpaqlarımıza hər saat, hər an daha da yaxınlaşdırır.
Təcavüzkar Ermənistan isə yenə də terrorçu xislətini büruzə verir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, yaşayış evlərini və mülki obyektləri intensiv atəşə tutmaqda davam edir. Sentyabrın 27-dən başlanan belə təxribatların əhatə dairəsi getdikcə böyüməkdədir. İşğalçı ölkə Tərtər və Ağdamın mülki obyektlərini, hərbi əməliyyatların olmadığı Şəmkir və Bərdə rayonlarını artilleriya atəşinə tutur. Bunun nəticəsində mülki əhaliyə, yaşayış evlərinə, infrastruktura ciddi ziyan dəyib. Ermənistanın bu cinayətləri nəticəsində onlarca insan həyatını itirib, xeyli vətəndaşımız yaralanıb.
Azərbaycan Ordusu isə Ermənistandan fərqli olaraq mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Artıq ordumuzun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, strateji yüksəkliklər azad olunub. Bu baxımdan sentyabr ayının 27-ni Azərbaycanın şanlı tarixinin möhtəşəm zəfər gününün başlanğıcı hesab etsək, yanılmarıq. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatı hər kəsi sevindirir. Qısa müddətdə düşmənin bir çox hərbi texnikası, tank və artilleriya qurğusu sıradan çıxarılıb, yüzlərlə canlı qüvvəsi məhv edilib, hərbi qərargahları darmadağın olunub. Rəşadətli və müzəffər ordumuz əməliyyat şəraitinə nəzarəti tamamilə ələ keçirib.
Ermənistanın sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edərək təxribata əl atması onunla sülh dilində danışılmasını mümkünsüz vəziyyətə gətirib çıxardı. Budəfəki təxribatdan sonra artıq düşmənə yerini göstərməyin zamanı gəlmişdi. Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən və bu ilin iyul ayında Tovuz döyüşləri zamanı əldə edilmiş zəfərdən sonra Azərbaycan Ordusunun qələbə çalacağı şübhəsizdir.
Bu gün qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazmaqdadır. Cənubi Qafqazın ən güclü ordusu müxtəlif növlərdə müasir döyüş texnikası ilə təchiz edilmiş, müdafiə sənayesini kifayət qədər zənginləşdirmişdi. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhvali-ruhiyyəsi, qələbə ruhu var. Hər birimiz Azərbaycan Ordusuna güvənir və onun şanlı tarix yazacağına əminik.
Bugünkü durum onu göstərdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd siyasət aparan Ermənistanla diplomatik danışıqların heç bir faydası və mənası yoxdur. İmitasiya və riyakar mövqedən əl çəkməyən Ermənistanın siyasi rəhbərliyi dəfələrlə, Prezident
İlham Əliyev tərəfindən ən yüksək beynəlxalq tribunalardan faktlarla ittiham edilib, onların faşist xisləti ifşa olunub. Bölgədə sülhə və təhlükəsizliyə rəvac verən, terrora dəstək olan təcavüzkar siyasi rejimə isə ancaq hərbi müstəvidə cavab verilməlidir. Aprel, Günnüt və Tovuz döyüşləri buna ən bariz nümunədir.
Dünya birliyi bilməlidir ki, Azərbaycan haqq mübarizəsi aparır və bu yolda heç bir qüvvə bizə mane ola bilməz. Azərbaycan öz doğma torpaqlarında əks-hücum əməlliyyatları həyata keçirməklə bölgəyə sülh və sabitlik gətirəcəyində tam qərarlıdır.
Bu müharibə həm də təsdiqləyir ki, bizim hər bir vətəndaşımız statusundan və vəzifəsindən asılı olmayaraq düşmənlə ön cəbhədə vuruşmağa hazırdır. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz vətən uğrunda, Azərbaycan dövlətinin vahidliyi uğrunda canlarını fəda etməyə hazırdırlar. Artıq dünya Azərbaycanın qəhrəman oğullarının, canından keçən şəhidlərimizin möhtəşəm vətənpərvərliyinin şahididir. Onlar dünyaya sözün əsl mənasında igidlik nümunəsi göstərirlər.
Döyüşlərin getdiyi bir zamanda daha da məsuliyyətli olmaq lazımdır. Hər birimizin üzərinə bu baxımdan mühüm vəzifələr düşür. Bu vəzifə vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. İnformasiya müharibəsində ayıq-sayıq olmalı, ön cəbhədəki əsgərlərimizə dəstək üçün yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalıyıq.
Bu gün ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə yazdığı tarix Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcək. Azərbaycan Ordusu işğal altındakı əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, onların ruhunu şad edəcək. İnanırıq ki, ordumuz tezliklə bizə tam qələbə xəbərini verəcək. Cənab Prezidentin dediyi kimi: "Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.
"Azərbaycan" qəzeti