07.10.2020, 11:36 - Baxış sayı: 596

Professor Rəna Mirzəzadə ölkə başçısına məktub ünvanlayıb


Professor Rəna Mirzəzadə ölkə başçısına məktub ünvanlayıbƏziz Prezidentim, rəşadətli Ali Baş Komandanım.
Siz Azərbaycanın dövlət sərhədlərini dünya xəritəsində bərpa edən strateqsiniz.
Sizin ağır COVID-19 pandemiyası dövründə müxtəlif səviyyəli qurumlarla keçirtdiyiniz uğurlu görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sahəsində yeni strateji mərhələsidir. Bu görüşlərədək Siz bütün beynəlxalq tədbirlərdə ölkə maraqları baxımından respublikamıza yeni siyasi prioritetlər qazandıran Prezidentimizsiniz.
Məkrli və mənfur qonşu ağır pandemiya dövründə belə həsəd hissini boğa bilmədi, xaincəsinə atəşkəs rejimini pozub, hücuma keçdi. Bütün xalq Sizin bir əmrinizə müntəzir idi, sərəncamınızı dualarla gözləyirdi. 2020-ci il 27 iyunda xalqa müraciətiniz bütün Azərbaycan vətəndaşlarında bir daha öz Liderinə olan etibarı, inamı yüksəltdi.
Reallıqdır ki, hər bir müharibənin sonu sülhlə bitir. Siz, Ali Baş Komandanımız, işğal altında olan torpaqlarımızın qaytarılmasının ilkin variantı kimi, daim Sülh çağırışları etmisiniz. Hər zaman Azərbaycan vətəndaşları yekdilliklə Sizin sülh niyyətli çıxışlarınıza dəstək verib. Siz torpağını, xalqını sevən, ən böyük vətənpərvər, sülhsevər, ulu öndər Heydər Əliyev strateji-diplomatik siyasətinin layiqli yetirməsisiniz
Bu gün məhz ulu öndər Heydər Əliyev siyasətinin ideologiyası olan azərbaycançılıq dövlət - xalq, ordu -vətəndaş, Vətən-torpaq vəhdətidir. Azərbaycanda əsas dövləti istiqamət “Qarabağ Azərbaycandır” çağırışınız isə hər bir Azərbaycan vətəndaşının yoludur!
Böyük qələbəyə adım-addım gedilir. Bu yeni addımınız, yeni qələbələrimiz mübarək, əziz Prezidentim. Sizin qətiyyətli, cəsarətli çıxışlarınız mənfur düşmənə tuşlanan siyasi iradəniz, ərazi bütövlüyümüz uğrunda haqq davasına çağırışdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Qoy Uca Tanrı hər bir azərbaycanlıya Müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin, Uca Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun” diləyində bir doğma rəhbər qadın məramı var. Allah şəhidlərə rəhmət, ailələrinə səbr versin.

Hörmətlə,
Mirzəzadə Rəna
AMEA-nın Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunda şöbə müdiri, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.

"President.az"