Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının məqalələri beynəlxalq forumun materiallarında çap olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsinin kiçik elmi işçiləri Tünzalə Musayeva və Gültəkin İsmayılovanın “Social-psychological features of formation of leadership among high school students”, “Causes and conditions for the emergence of interpersonal conflicts” mövzusunda məqalələri 30 sentyabr 2020-ci il Kanadada, Torontoda keçirilən “Science. Education. Practice” mövzusunda beynəlxalq elmi forumun materiallarında çap olunub və müəlliflər sertifikatla təltif olunub.
Müəlliflərin məqalələrində tələbələrdə liderlik keyfiyyətlərinin formalaşmasının sosial - psixoloji xüsusiyyətlərindən bəhs olunur. Liderlik keyfiyyətlərinin inkişafı şəxsiyyətin inkişafında, onun təşkilatçılıq, təşəbbüskarlıq və s. üzrə mövcud potensialının reallaşması istiqamətində vacib proses hesab olunur. Həmçinin həyat fəaliyyətinin ən müxtəlif sahələrində şəxsiyyətlərarası münaqişələrin obyektiv və subyektiv səbəbləri nəzərdən keçirilir. Şəxsiyyətlərarası münaqişələr - əks maraqların, baxışların, meyllərin toqquşması, ciddi fikir ayrılığı, onların sosial və psixoloji qarşılıqlı fəaliyyəti prosesində fərdlər arasında kəskin mübahisədir. Belə bir ideya əsaslandırılır ki, münaqişələrin, onların təzahürünün səbəb və qanunauyğunluqlarının təhlili münaqişə situasiyalarının proqnozlaşdırılması və profilaktikası məsələlərini uğurla həll etməyə kömək edir.