“Mahir siyasətçi, müdrik rəhbər” adlı kitab çapdan çıxıb
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işcisi siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarovun “Mahir siyasətçi, müdrik rəhbər” adlı (məqalələr və xatirələr - Bakı. 2020. 222 səh.) kitabı çapdan çıxıb.
Kitabda Məmmədağa Sərdarovun 2004-2020-ci illərdə yazdığı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində rolunu, onun doğma xalqı qarşısındakı misilsiz xidmətlərini əks etdirən məqalə və xatirələri, habelə elmi-praktik konfranslardakı çıxışları xronoloji qaydada daxil edilmişdir.
Kitabın elmi redaktoru Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, redaktoru fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Əli İbrahimov, rəyçiləri fəlsəfə elmləri doktoru Ziba Ağayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovdur.