Vətənpərvərlik azərbaycançılığın tərkib hissəsidir
Əli İbrahimov
Fəlsəfə və Sosiologiya İnstitutu
“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Vətənpərvərlik – əxlaqi və siyasi prinsip, sosial hissdir. Vətənpərvərlik, vətənsevərlik, vətən torpağına bağlılıq, yaşadığın məkanın, yurdun hər guşəsinə sadiqlik nümayiş etdirməkdir. Vətənin keçmişi, indisi və gələcəyi üçün iftixar hissi, onun mənafeyini müdafiə etmək səyi vətənpərvərlik hissinin məzmununu təşkil edir. Tarixən vətənpərvərlik ünsürləri doğma torpağa, dilə, ənənələrə bağlılıq şəklində hələ qədimlərdə formalaşmışdır. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün, əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən sabiq prezident Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında söyləmişdir: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.” Bu iqtibasdan çıxarılan nəticə bundan ibarətdir ki, insan ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. Bu dəyərli tövsiyyələri bir an olsun belə əlində rəhbər tutmaqdan çəkinməyən Ulu Öndər deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.” [4.s.346] Maraqlıdır ki, Heydər Əliyev tariximizdən bəhs edərkən onu mənəviyyatımızla sıx əlaqədə görür və göstərir ki, bütün mərhəllələrdə xalqımızın tarixinin əsasını təşkil edən yüksək mənəviyyat olmuşdur və keçmiş tariximizdən Nizami, Xaqani, Məhsəti, Tusi, Nəsimi, Xətayi, Füzuli kimiləri bu gün dünyada məşhurlaşdıran da, bizim üçün nümunə edən də onların yüksək mənəviyyatı, yüksək amalları, sözün əsil mənasında vətənsevərlik, vətənpərvərlik hissi, bəşəri duyğulara məhəbbətləridir.
Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Sosioloji sorğular sübut edir ki, bizim üçün ən qiymətli dəyər müstəqil dövlətimizdir. Lakin, çətinlik törədən məsələ vətənpərvərliyin müxtəlifliyindədir. Vətənpərvərlik birləşdirə də bilər, ayıra da bilər. O cəmiyyəti, xalqın mədəniyyətini inkişaf etdirə də bilər, eyni zamanda mədəniyyəti dağınıq hala da sala bilər, hətta cılızlaşdıra da bilər. Müstəqilliyimizin ilk illərində Dağlıq Qarabağ və ətraf Azərbaycan torpaqlarında məskunlaşmış xalqımızın vəhşicəsinə qovulmasında həm erməni vandalizmini, həm də onların dəyirmanına su tökən sapı bizlərdən olan vətən dönüklərini bir səbəb kimi göstərmək olar. Erməni vandalizminin Dağlıq Qarabağ və ətrafındakı 7 strateji əhəmiyyətə malik rayonlarımızı işğal etməsi elə-belə olmamışdır. Vətənə dərin sevgi telləri ilə bağlı vətənpərvərlik hissi, xalqımızın milli-mənəvi, dini dəyərləri, adət-ənənəsindən xəbər verir. 90-cı illərin əvvələrində əhalimizin hər birində adi bir silahın, ov tüfənginin olmadığı, yaxud bunların sovet rejiminin ermənipərəst ünsürləri tərəfindən yığışdırıldığı bir vaxtda Xankəndi, Xocalı, Şuşa şəhərlərindən, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərdən vəhşicəsinə qovulmuş azərbaycanlılar Vətən torpağına, onun zəngin təbiətinə olan məhəbbətlərini bir an olsun belə unutmamış, bunu yaddaşlarında həkk etmişlər. Saydığım bölgələrdən qovulmuş bir xalq üçün – erməni vandalizminə sığınanlar üçün isə şərait yaradılır. Bu iki qarşıdurma prosesində iştirak edən xalqın vəziyyətinin ontoloji təhlilindən biz nəyi aşkar edirik? Sovet rejimində illərlə dostluq, qardaşlıq mahnıları, süni əyləncələrlə yatızdırılan Azərbaycan xalqına verilən vədlər, onları imperiyanın təəssübünü çəkmək hissləri ilə ovundurmaq, digər məkirli düşmənin öz gələcək planları naminə gizli silah tədarükündə olmaq, Azərbaycan torpaqlarını işğal etmək üçün hazırlıq işləri görməyinə göz yummaq. Burada günahkar tərəf sovet imperiyasıdır. Belə olmasaydı ermənilər Dalıq Qarabağ və ətrafındakı 7 strateji əhəmiyyətli rayonları işğal edə bilməzdi. Xalqlara ikili standartlardan münasibətin göstərilən bariz nümunəsi ilə razılaşmaq olmaz. Böyük mütəfəkkir Nəriman Nərimanov demişdir: “Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız.” [3.səh.64]
Nərimanovun bu müdrik kəlamını bir nəzəri-elmi tövsiyyə kimi qəbul edən xalq inanılmaz bir həqiqətin real şahidi oldu. 30 ilə yaxın bir müddət ərzində itirilmiş torpaqlarına sahib çıxan xalqda düşmənə sonsuz nifrətlə yanaşı, həm də yurdlarına qayıdışla bağlı sonsuz sevgi yaşanır. Ordumuzun şanlı müzəffər yürüşü ərazi bütövlüyə dair ümidlərimizin reallaşmasına bir çağırışdır. BMT-in Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarından erməni qoşunlarının çıxarılması barədə qəbul edilmiş 4 qətnaməsinə məhəl qoymayan erməni dövlət başçısının sərsəm hərəkətləri, tərəfimizdən dəfələrlə Ermənistanın xəbərdarlıq edilməsinin faydasızlığı, Ermənistanın bütün sərhəd boyu dəfələrlə dinc sakinlərimizin narahatlığına səbəb olması, iri miqyaslı artilleriya silahları ilə ərazimizi bomalamasından yaşanan dözülməzlik nəhayət ki, şanlı ordumuzun öz torpağında əks-hücum əməliyyatı ilə 2-ci Qarabağ vətən müharibəsini labüd etdi. Azərbaycanın müstəqilliyinin ən böyük düşmənlərindən biri Ermənistandır. Xalqımızın illərdir ki, yaddaşlarında saxladığı vətənə qayıdış, vətən torpaqlarına dönmək, ata-baba yurdlarına sonsuz sevgi kiçikdən böyüyə bütün insanların baxışlarından, gözlərindən, təbəssümlərindən oxunur. Şanlı ordumuzun torpaqlarında irəliləyişi, şəhər və kəndləri işğaldan azad etməsi sanki qarşımızda möcüzəli bir aləmi xatırladır. Bəzən çaşıb elə zənn edirik ki, teleseriallara baxırıq. Xalq artıq 90-cı illərin xalqı deyil. Adi bir tüfəngi olmayan bu xalqın indi müasir silahlarla təchiz edilmiş şanlı ordusu vardır. Ordu irəlilədikcə xalq ruhlanır; sevinir; cavanlarımız, orta və pensiya yaşlı hər bir sağlam vətəndaş könüllü olaraq orduya yazılır və bundan qürur duyur.
Bəli, hər bir azərbaycanlı böyüyüb boya-başa çatdığı bu torpaqla fəxr etməlidir! Bu gün bizim hər birimiz öz dinimizi, dilimizi, torpağımızı, bayrağımızı sevməli, onları qoruyub saxlamalıyıq. Kimlərə əsl vətənpərvər demək olar? Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Vətənpərvərlik məsələsi cəmiyyətdə daima aktual olmuş və bu gün də aktual olaraq qalır. “Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir” desək bəlkə də yanılmarıq. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması və hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. [2.s.339] İndi artıq təkcə tarixi keçmişə nəzər salmaqla yox, həmçinin indiki zamanda öz torpağında işğalçı ermənilərə qarşı şanlı ordumuzun müzəffər yürüşü ilə tanışlıq bizə yetərincə sübut edir ki, doğma yurdumuzun igid, cəsur oğulları, qeyrətli qızları, qəhrəman anaları həmişə olduğu kimi yenə də yadelli işğalçılara qarşı cəsarətlə mübarizə aparır. Ulu Öndərimizin “mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” aforizmi artıq əsil vətənpərvərlik nümunəsi kimi xalqımızda belə bir əqidə formalaşdırıb: “Biz də həmişə fəxr edirik ki, bu torpağın övladıyıq, azərbaycanlıyıq!”
Ədəbiyyat
1. Fəlsəfə Ensiklopedik lüğəti. “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi. B, 1997, 520 səh.
2. “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası kimi” elmi-nəzəri konfransın materialları, Bakı, 2013, 354 səh.
3. İpə-sapa düzülməmiş incilər. Azərb.Dövlət Nəşriyyatı, Bakı – 1981, 244 səh.
4. Azərbaycanşünaslığın aktual problemləri X beynəlxalq elmi konfransın materialları. Bakı: Mütərcim, 2019, 488 səh.