“Azərbaycan xalqına və onun mədəni irsinə qarşı erməni təcavüzü” adlı kitab nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, p.e.ü. fəlsəfə doktoru Habil Həmidovun 2020-ci ildə “Azərbaycan xalqına və onun mədəni irsinə qarşı erməni təcavüzü” adlı kitabı ingilis dilində nəşr olunub (“Afpoliqraf” 21.09.2020). Monoqrafiyada ardıcıl olaraq müxtəlif zaman kəsiklərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar, mədəni irsimizə edilən təcavüzlər, uşaq hüquqlarının qorunmasının hər bir dövlətin Konstitusiya borcu olduğu rəsmi sənədlərə istinadən təhlil olunaraq oxucuların diqqətinə çatdırılır.