20.10.2020, 13:08 - Baxış sayı: 521

“Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)” adlı kitabı nəşr olunub


“Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)” adlı kitabı nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, p.e.ü. fəlsəfə doktoru Habil Həmidovun 2020-ci ildə “Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)”adlı kitabı (AFPoliqrAF – 2020.) nəşr olunub. Monoqrafiyada Ulu öndər Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik mövzusu geniş araşdırılır. Daha sonra o bunu zəruri edən, strateji mahiyyət daşıyan bir neçə amillərə aydınlıq gətirir. Yəni müəllif həmin amilləri monoqrafiyanın müxtəlif bölümlərində müvafiq mənbələrə istinadən təhlil edərək gəldiyi qənaətlərini yekunlaşdırır.
Monoqrafiyanın baş məsləhətçisi ped.elm.doktoru, professor Əliheydər Həşimov, elmi redaktoru f.ü. fəlsəfə doktoru, dosent Arif Bəşirov, redaktoru politoloq Sevinc Quliyeva və rəyçiləri s.e.ü. fəlsəfə doktoru, dosent Sənan Həsənov psix.ü. fəlsəfə doktoru, dosent Ceyhun Alıyevdir.