23.10.2020, 14:04 - Baxış sayı: 1071

“Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı – 1955-1970” adlı kitab nəşr olunub


“Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı – 1955-1970” adlı kitab nəşr olunubBu günlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru, Aydın Əlizadənin “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı – 1955-1970” (Bakı, 2020. səh. 224) adlı kitabı nəşr olunub.
Kitabda XX əsrin ikinci yarısında Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin qazlaşdırılması üzrə geniş miqyaslı işlər aparılmış, qaz infrastrukturu, təsərrüfatı və sənayesi yaradılmışdır. O zaman Respublika təbii və maye qazla təmin edilən ən çox qazlaşdırılmış bölgələrdən birinə çevrilmişdir. Bunun nəticəsində insanların məişəti rahatlaşmış, ictimai həyat, eləcə də insanların yaşayışı və dünyagörüşü dəyişmiş, enerji təchizatı problemləri çözülmüş, ekoloji problemlərin böyük bir hissəsi həll edilmişdir. Müstəqillik dövrünün qaz infrastrukturunun və idarəçiliyin əsasları məhz o dövrdə qoyulub.
“Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı – 1955-1970” adlı kitab nəşr olunubTəqdim olunan monoqrafiyada 1955−1970-ci illərdə Azərbaycanda qaz təsərrüfatının təsis edilməsi və inkişafının tarixi, sosioloji, iqtisadi, siyasi və texniki aspektləri araşdırılmışdır. Respublikanın şəhər və kəndlərinin qazlaşdırılmasının əsas mərhələləri, habelə qaz infrastrukturunun idarə olunması və tikintisi ilə bağlı təşkilati məsələlərə baxılmışdır. Bundan əlavə, qaz təsərrüfatrının istismarı ilə əlaqəli problemlərə də (qazın sərfi və səmərəli istifadəsi, istehlak olunmuş qazın dəyərinin ödənilməsi, təhlükəsizlik məsələləri və qəza halları, texniki qaydaların və qanunların pozulması) xüsusi yer verilmişdir. Azərbaycanın qaz təsərrüfatının ilk vahid idarəetmə orqanı olan Baş Qaz İdarəsinin strukturu, fəaliyyəti, kadr siyasəti və, əmək münasibətlərindən, eləcə də orada əldə edilən elmi-texniki nailiyyətlərdən söhbət açılmışdır.
Monoqrafiya humanitar və texniki elmlər sahəsinin mütəxəssisləri, eləcə də Azərbaycanın iqtisadi həyatının tarixi və sosioloji aspektləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyanın elmi redaktoru sosiologiya üzrə elmlər doktoru, professor Rəfail Həsənov, rəyçiləri
geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanov, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev və “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevdir.