28.10.2020, 13:37 - Baxış sayı: 738

Zöhrə Əliyevanın məqaləsi Misirin “Əl Diplomasy” saytında nəşr olunub


Zöhrə Əliyevanın məqaləsi Misirin “Əl Diplomasy” saytında nəşr olunubMisir ərəb respublikasının Əl Diplomacy saytında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri f.ü.f.d. Zöhrə Əliyevanın “Mən müharibələrə nifrət edirəm” adlı məqaləsi çap olunub. Məqalədə, Dağlıq Qarabağın mübahisəli ərazi kimi yox, Azərbaycana məxsus olmasından bəhs edilir. Eyni zamanda məqalədə Dağlıq Qarabağın deyil, o cümlədən onun ətrafında yerləşən daha 7 rayonun da işğala məruz qaldığı və Ermənistanın hətta bu ərazilərə də iddialı olduğu göstərilir. Həmçinin bildirilir ki, bu gün müharibə Ermənistan ərazisində deyil, Azərbaycan işğal edilmiş torpaqlarında ararılır və bu azadlıq mücadiləsi, vətən müharibəsidir. Azərbaycanın Ermənistan torpaqlarında gözünün olmadığı və bu mübarizənin 30 il öncə işğal edilmiş Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan mübarizə olması vurğulanır.
Məqalədə həmçinin işğal edilmiş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında BMT-nın Təhlükəsizlik Şurasının 4 qətnaməsi olması və bu günə kimi həmin qətnamələrin icra edilməməsi məsələsinə də toxunulur. Bundan başqa, ermənilərin cəmi 2 əsr öncə, rus imperiyası tərəfindən Qafqaza köçürülməsindən və döyüş meydanında uduzan ermənilərin cəbhədən uzaqda mülki insanlara qarşı törətdikləri qətliamlarından da bəhs edilir.

"Aldiplomasy.com"