31.10.2020, 11:10 - Baxış sayı: 567

Faiq Ələkbərli beynəlxalq onlayn konfransda iştirak edib


Faiq Ələkbərli beynəlxalq onlayn konfransda iştirak edibAnkara Etimesgut Bələdiyyəsinin təşkilatçılığı ilə Ankarada 29-30 oktyabr 2020-ci il tarixlərində Uluslararası onlayn Türk Kültür ve Sanatı Simpozyumu keçirilib.
Simpoziumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dos., dr. Faiq Ələkbərli də iştirak edib. O, konfransda “İsmayıl bəy Qaspıralının dildə, fikirdə, işdə birlik nəzəriyyəsi və çağdaş Türk-İslam birliyi düşüncələri” mövzusunda çıxış edib.
F.Ələkbərli öz çıxışında Qaspıralının belə bir düşüncəyə gəlməsinin səbəblərini və onun irəli sürdüyü tezisin mahiyyətini izah edib. Alimin fikrincə Qaspıralının ilk məqsədi Rusiya işğalı altında yaşayan türklərin dildə, fikirdə və işdə birliyini təmin etmək olmuşdur və daha sonra bu ideya Türk dünyasında da geniş yayılmışdır. Buna səbəb də həmin dövrdə türk xalqlarının, türk dövlətlərinin geriləməsi idi. Faiq Ələkbərlinin fikrincə bu günə qədər də həmin ideya aktualdır.