09.11.2020, 21:10 - Baxış sayı: 609

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham ƏliyevəMöhtərəm cənab Prezident!
Biz Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun “Liderlik problemi fənlərarası yanaşma kontekstində” 30 oktyabr 2020-ci il tarixindəki onlayn konfransında iştirak edən əməkdaşları yekdilliklə bu rəyi ifadə edirik ki, Sizin Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq müqəddəs bir vəzifəni, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmək sahəsindəki uğurlu fəaliyyətinizi yüksək qürur və iftixarla təqdir edir və dəstəkləyirik.
Konfransımızda müzakirə edilən mövzunun ruhuna uyğun olaraq bəyan edirik ki, xalqımızın bir yumruq kimi birləşdirilməsi, ordumuzun düşmənə qarşı əks-hücum əməliyyatlarının məharətlə idarə edilməsi, bunlarla yanaşı ölkəmizə qarşı işə salınan qərəzli informasiya müharibəsində Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması işində yüksək peşəkarlıqla mübarizə aparmağınız mürəkkəb siyasi vəziyyətdə əsil Liderlik nümunəsidir. Siz Vətən müharibəmizin ilk günlərindən yüksək strateq təfəkkürünüzü, komandanlıq məharətinizi ortaya qoydunuz. Siz informasiya qarşıdurmasında, eləcə də xalqımıza müraciətlərinizdəki əzmli, qətiyyətli və sərrast ifadələriniz ilə bütün xalqımızın və əminəm ki, döyüşən ordumuzun gücünü birə-beş artırırsınız. Bu müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin siyasi kurusunu və mənəvi vəsiyyətini dönmədən həyata keçirməyinizin bariz təzahürüdür.
Möhtərən cənab Prezident, Sizə arzu edirik ki, tezliklə tam və qəti qələbəmizin müjdəsini xalqımıza yetirəsiniz.
Sizə, Ali Baş Komandan olduğunuz müzəffər ordumuza eşq olsun deyirik! Qarabağ Azərbaycandır!