10.11.2020, 14:30 - Baxış sayı: 763

Azərbaycanın doğru yolu və Cənubi Qafqaz regionunun gələcək inkişaf perspektivləri


Azərbaycanın doğru yolu və Cənubi Qafqaz regionunun gələcək inkişaf perspektivləriSiyasi müdriklik və siyasi varisliyin vəhdəti

Şəxsiyyətlərin cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və dövlətin həyatında əvəzedilməz rola malikdir. Türkiyənin dövlət xadimi Bülənt Ecevit Heydər Əliyevin müdrikliyi haqqında fikirlərini əsaslandırarkən demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və dayanıqlı iqtisadi –siyasi strategiyanın möhkəm bazasının qurulması yolunda Ulu Öndər Əliyevin misilsiz xidmətləri zaman kecdikcə xalqı ücün hansı xoşbəxtliyi bəxş etdiyi artıq göz önündədir. Buların mahiyyətinə vararkən zərurət yaranır ki, dahi şəxsiyyətin dövlətcilikdə varisliyə etdiyi tövhə azərbaycan xalqının tarixi taleyi ilə bir arada öyrənilməli qiymətləndirilməlidir. Cünki, qurulmuş dövlətciliyin keşiyində möhkəm dayanmaq ücün azərbaycan xalqına ağıllı, tədbirli, yüksək intellektli siyasi varisin bəxş edilməsi dünya tarixinin nadir şərəfli hadisələrindəndir. Prezident İlham Əliyev siyasi varis olaraq özünün milli düşüncəsi, planetar təfəkkürü və siyasi iradəsi ilə dövlətcilikdə varislik anlayışına yeni yanaşma, yeni izah gətirdi. O prezidentlik dövründə ağıllı güc və xalq-lider birliyinin harmoniyasını yaratmaqla Vətən təəsübkeşliyinin xalqlar ücün örnək olacaq Azərbaycan modelini formalşdırdı.

Qafqazda Azərbaycanın “ağıllı gücü”. Sülh-müharibə - sülh

Məlumdur ki, Azərbaycan xalqını və bütövlükdə regionu ciddi narahat edən ən böyük problem Ermənistanın təcavüzü və bunun ağır fəsadlarıdır. Uzun illər ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi də görünüən həqiqətlər idi. Cənubi Qafqaz regionunda işğalcının törətdiyi fəsadlara dair suallar elə beynəlxalq siyasətin konturlarını təyin edən ölkələr tərəfindən bu günədək acıq olaraq qalmaqdadır. Azərbaycan Prezidentinin, xalqının, regionun təhlükəsizliyinin təmini ücün dünya qarşısında qoyduğu tələblər və bu tələblərə olan münasibət göstərdi ki, Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutaraq bu ölkənin parlamentində “erməni soyqırımı”nı tanıdı, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırıldı, son hadisələr zamanı erməni feyklərinin beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilməsi isə bu dövlətin real siyasi mövqeni ortaya qoydu. Rusiya Ermənistanı hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edərkən regionda terrorcu qruplaşmanın fəaliyyətinə bilavasitə yardımcılıq missiyası həyata kecirdi. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutmuşdur. Azərbaycana qarşı məlum 907-ci düzəliş ədalətsizcəsinə tətbiq edildi. Beləliklə, heç bir həmsədr Azərbaycanın Cənubi Qafqazdakı ədalət və sülhün təmin olunması mövqeyinə münasibətdə qərəzli möveyindən əl cəkməmişdir. Belə olan halda Azərbaycan Prezidentinin hadisələri əhatəli siyasi-analiz etməsi, elmi- ictimai–siyasi qüvvələrin isə Minsk qrupunun fəaliyyətinə etirazı tam əsaslı idi. Hətta Qoşulmama Hərəkatında Azərbaycanın müxtəlif beynəlxalq qurumlara olan örnək mövqeyini ifadə edən cox vektorlu diplomatiyasının effektivliyindən nəticə cıxarılmaması bir daha Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamındakı cirkabı üzə cıxardı. Terrorizmə belə dəstək erməni işğalcılarının Qafqazda daha da azğınlaşmasına gətirib cıxardı. Nəhayət 27 sentyabr 2020-ci ildə erməni terrorist qruplaşmalarının Azərbaycan ərazilərinə hücümu üc ay ərzində ücüncü təxribatın həyata kecirilməsinə səbəb oldu. Bu onu göstərirdi ki, terrorculuğun və işğalcılığın azğın formasına qədəm qoymuş ermənilər dəstək almaqla bütün Cənubi Qafqazın siyasi mühitinə ağır zərbə vurmağı intensivləşdirir. Təssüflər olsun ki, dünya siyasi məkanında terrorizmə-seperatizmə verilən dəstəklə xalqların həyatına vurulan zərbə və bəşəriyyətin gələcəyinin ucuruma aparılmasının obyektiv təhlil olunması iflasa yuvarlanmışdır. Sanki dünyada sabitlik, adalətin bərqərar olunması, davamlı inkişaf və əməkdaşlıq yalnız Azərbaycana lazımdır. Bütün bu mənfi yanaşmaların strateji və məntiqli təhlilini Azərbaycan tərəfindən aparılarkən haqlı olaraq belə qənaətə gəlinmişdir ki, Azərbaycan dövləti öz gücü, iradəsi, milli kimliyi və malik olduğu siyasi potensialı ilə öz tarixi taleyini həll etməlidir. Çünki xalqın öz iradəsini ortaya qoymaq kimi toxunulmaz haqqı vardır. Belə tarixi şəraitdə azərbaycan xalqı xalq - müdrik siyasi xadim birliyinin ağıllı gücə əsaslanan vəhdətinin yaradılmasına nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini bütövlükdə bu istiqamətə səfərbər etməsi də xalqımızın ərazi bütövlüyünü, regionun sabitliyini və inkişafını təmin etmək kimi tarixi missiyanı həyata kecirməkdən qaynaqlanırdı. Cünki təkcə Azərbaycanın deyil Cənubi Qafqazın buna cox ehtiyacı vardır. Prezident İlham Əliyev oktyabrın 26-da Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı hərbi əməliyyatlara Ermənistanın başlamasını təhlil edərək bildirmişdir ki, “erməni terrorcu qruplaşması hətta dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istədilər”. Bu siyasi baxımdan Qafqaz regionunda erməni terrozminin beynəlxalq təhlükəlilik dərəcəsini müəyyənləşdirən addım idi. Məlumdur ki, Trans-Adriatik boru kəməri, Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək idi. Növbəti ay - avqust ayında azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunun göndərilməsi isə siyasi azğılaşmanı pik həddə catdırmışdır. Hadisələrin mahiyyəti onu göstərdi ki, belə özbaşnalığa qarşı hec bir ölkənin münasibətinin olmaması Ermənistanın güddüyü siyasi məqsədə -status-kvonun dəyişməz olaraq qalmasına, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaq cəhdlərinə, danışıqların tamamilə pozulmasına, üçüncü ölkələrin münaqişəyə cəlb edilməsinə və münaqişəni beynəlmiləlləşdirmək cəhdləri ücün cox münbit şərait yaradıb. Bu cox təhlükəli idi və Azərbaycan tarixi ədalətin bərpasına dair öz cavabını gecikdirmədən verməsi region ücün doğru siyasi iradə kimi qəbul edilməlidir. Ermənistan elitasının Rusiya və digər ölkələrdəki lobbisinin qeyri praqmatik düşüncəsi Valday klubunda, Rusiyanın rəsmi dairələri ilə görüşlərdə və s. beynəlxalq tribunalarda əslində özünün iflasa yuvarlandığını sübut etdi. Qafqazda erməni terrorizminin qarşısının alınmasında Türkiyənin mövqeyini regionda dominantlıq etmək istəyi kimi qərəzli olaraq qələmə vermək cəhdləri isə həmişə olduğu kimi qara qüvvələrin maraq dairəsində idi. Lakin Türkiyənin bölgənin sabitliyindəki roluna dair Azərbaycanın israrlı mövqeyi mühüm əsaslarla izah olunaraq regionun sabitliyinə qarant olduğunu da sübuta yetirdi. Biz prosesin konfiqurasiyasında onu görürük ki, bölgədəki proseslərə dünyanın bir sıra siyasi elitaları erməni avantürasının gözü ilə yanaşaraq bölgənin həlli dalana dirənən problemlərinə bilavasitə yol açmışdır. Əvvəla, geosiyasi tarazlıq pozularkən o hal nəzərə alınmamışdır ki, Azərbaycan enerji layihələrinin və daşımaların regional mərkəzə çevrilməsi ilə region və dünya ücün güclü iqtisadi təmərgüzləşmənin və strategiyanın əsasını qoyub. Bununla da Azərbaycandan keçən neft və qaz kəmərləri zaman kecdirkcə region və dünya ücün çox mühüm enerji təhlükəsizliyinin mənbəyinə çevrilib. Azərbaycan agilli güc anlayışında özünü təsdiq etmiş ölkədir. Coğrafi və infrastruktur nöqteyi-nəzərdən isə bu gün regionda əsas tərəfdaş rolunda çıxış edir. Uğurlu strategiya öz nəticələri isə güclü iqtisadi bazanı yaratmaqla vahid ideologiyanın və qüdrətli hərbi potensialın formalaşmasını tam mənası ilə şərtləndırmişdir. Bunaların fonunda ğüclü lider anlayışı həlledici rola malik olduğu ücün Azərbaycanın işğal olunmuş ərazilərindəki qələbələri özünü gecikmədən göstərdi. Acı məğlubiyyətini qəbul edə bilməyən Ermənistan birinci dəfə oktyabrın 10-da Moskva şəhərində atəşkəs elan olunandan dərhal sonra atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə mülkü əhaliyə ikinci dəfə oktyabrın 17-də ballistik raket atəşinə tutdilar.Ardınca Türkiyənin münaqişədə iştirakına dair dezinformasiyaların yayılması cəhdləri də faktiki olaraq fiaskoya uğradı. Ermənistanın pulsuz silahlandırılması isə münaqişənin Qafqaz regionunda daha ağır fəsadlarına səbəb olan amil kimi Ermənistanın avanturadan qaynaqlanan siyasətini iflas etdi, onun havadarlarını gülünc və bəsit siyasətlərini ifşa etdi. Cünki Ermənistan havadarları tərəfindən avanturist siyasətin qurbanına cevrildiyini zamanında anlamamışdır. Erməni terrorizminin xisləti bu səbəblərdən fiaskoya məhkum idi.

Cənubi Qafqaz saglam siyasi mühitə qədəm qoyur

Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatcısıdır. Erməni terrorcu qruplaşmalarının işğalcı xislətinin bütün dünya ücün təhdid olmasını bəyan edərkən dünyada məlum qüvvələrin şantaj cəhlərini diplomatiyamız hətta qıra bilmiş və onilliklərlə dünyada təhlükəli tendensiyayaların vüsət almasında maraqlı qüvvələrin niyyətlərini puca cıxarmışdır. Məlumdur ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Buna görə Azərbaycanın işğal olunmuş ərzilərinin boşaldılması kimi qətnamələr əsas istinad edilən sənəd kimi faktiki icra olunmamış qalmışdır. Azərbaycan həmişə olduğu kimi bu gün də Qarabağda insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində təhlükəsiz ərazisi kimi görməsi kimi hümanist mövqeyi həmsədrlər tərəfindən qiymətləndirilməmişdir. Ermənistan da daxil olmaqla indiyədək heç kimin “Dağlıq Qarabağ Respublikası”nı tanımadığı halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılaması kimi sərsəm ideyanın himayə edilməsinin dünyaya utanc gətirən addımdan başqa bir ada malik olmadığını məhz Azərbaycanın qətiyyətli milli iradəsi sübut etdi. Siyası proses göstərdi ki, belə yanaşmaya adekvat cavabı böyük sınaqlardan kecmiş Türkiyə və Azərbaycanın siyasi iradəsi verə bilərdi. Maraqlıdır ki, bölgədə sülhün təmin olunması ücün Türkiyənin ortaya qoyduğu ədalətli mövqe onun regionda dominantlıq etmək istəyi kimi qələmə verilməsi cəhdləri yarandı. Lakin Azərbaycanın doğru yolu onda idi ki, hətta Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra Türkiyənin bölgənin sabitlik, inkişaf ücün roluna dair konsepsiyanı qəbul etdirə bilmişdir.Cünki regionda mövcud bütün kommunikasiyaların hədəfləri məhz Türkiyənin iştirakı ilə sülh və əməkdaşlığa yönəlib. Ermənistanın isə avantürası bu ölkəni təcrid olunma kimi acı taleyə məhkum etdi. O da məlumdur ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə olunan sülhməramlı planda kommunikasiyalara istinad var idi. Prezident İlham Əliyev bu məsləyə münasibətdə demişdir: “Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Bu da Türkiyənin, Azərbaycan və Mərkəzi Asiya ilə quru əlaqəsi olacaq. Bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və azərbaycan xalqlarına olan nifrət dayandırılmalıdır. Gürcüstan isə regionda böyük investor, ən böyük vergi ödəyicisi kimi bu əməkdaşlıqda uzun illərdir ki, iştirak edir. Bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icması var, 300 minə yaxın. Ona görə də münasibətlər mükəmməldir. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Azərbaycan regiona bu nöqteyi-nəzərdən baxmır”. Beləliklə Azərbaycanın bu istiqamətdəki siyasəti bilavasitə Cənubi Qafqaz regionu ücün prioritet olaraq gələcək hədəfləri müəyyən edən siyasətdir. Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin Bakıda bünları əyani olaraq görərkən ictimaiyyət qarşısında bəyanatla çıxışında Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirmişdir. Bu Cənubi Qafqazda ən böyük sabitlik adası kimi Azərbaycanın reallaşdırdığı layihələrin nəticəsində mümkün olmuşdur. Cünki Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşamış, Bakının mərkəzində isə bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi bu gün də qalmaqdadır.

Azərbaycan regiona yeni reallıqlar gətirib

Azərbaycan nəinki regionda dünya dövlətləri icərisində öz qüdrətini təsdiq edib. Yaxın 30 ilin tarixi hətta onu göstərdi ki, bu mənzərəni qəbul edə bilməyən məkrli qüvvələr təkcə xaricdə deyil hətta daxildə belə bu nizamı pozmağa maraqlıdırlar. Həqiqətlərin qəsdən təhrif edilməsi, siyasi təfəkkürü bəsit olanların “siyasi oyunbazların” əlində alətə cevrilməsi prosesi hələ də getməkdədir. Lakin möhkəm dövlətcilik əsasları və qətiyyətli siyasi liderin iradəsi belə qüvvələrə tarixi dərs verdi. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə cevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır. Tarixi hadisələr göstərdi ki, Azərbaycanın regionda belə siyasi kursu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlamış, Qafqaz və Yaxın Şərq xalqların inkişafı naminə mövcud konsepsiya özünü doğrultmuşdur. Bu siyasətin əsasında dahi siyasi xadimin o ideyası dayanırdı ki, “dünyadan təcrid edilməyə xidmət edən siyasət kursunun heç bir perspektivi yoxdur. Azərbaycanın inkişafı Qafqaz regionunda inteqrasiya prosesləri ilə sıx bağlı olmalıdır. Cənubi Qafqaz isə da öz növbəsində dünya siyasi və iqtisadi məkanına inteqrasiya olunmalıdır. Ermənistanın iflası da məhz bu siyasəti dərk etməməsindən irəli gəldi. Deməli, Prezident İlham Əliyevin bu gün regionda erməni işğalcılarından Azərbaycan torpaqlarının azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına cevrilməsini təmin edən yeganə ağıllı güc olacaqdır. Bu gün Azərbaycanın region ücün yaratdığı yeni reallıqlar regionun sabitliyi ücün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir.
-Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır.
-Cədvəl verilməli, Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir(Ermənistan bu cədvəli verməyib).
-Atəşkəsi istəyənlər Ermənistanı silahlanıdrmağı dayandırmalıdır.
-Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir: BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Bu hüquqi baza imkan verir ki, döyüş meydanında düşmənə dərs verək.
-Azərbaycan məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.
-Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. Hərbi mərhələnin başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan dövlət başcılarının imzaladığı “Bəyanatda“ bunların əksini tapması Azərbaycanın hərbi-siyasi və diplomatiki meydanda qələbə calmasını təsdiq etdi. Azərbaycanın qalib olkə olaraq Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən alternativsiz siyasəti birmənalı olaraq qəbul olundu.
Yaşasın Qudrətli Şanlı Azərbaycan xalqı və müdrik Ali Baş Komandan!!!

İlham Məmmədzadə,
fəlsəfə elmləri doktoru, professor
Sənan Həsənov,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent