12.11.2020, 21:19 - Baxış sayı: 552

Qələbəmiz güclü iqtisadi potensiala, vahid ideologiyaya söykənən qətiyyətin təntənəsidir


Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
YAP, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
üzrə Ərazi Partiya Təşkilatının sədri


Müharibə geosiyasi hadisə kimi cəmiyyətləri, dövlətləri təqəqqiyə yaxud tənəzzülə aparır. Əgər dövlətin iqtisadi və ideoloji bazası milli iradədən kənar, yad ünsürlərin təsiri altındadırsa burada məğlubiyyət və tənəzzül qacılmazdır. İşğalcılıq məqsədi ilə həyata kecirilən istənilən müharibənin sonu isə özü ücün acı sonluqla yekunlaşmalıdır. Ermənistan öz acı məğlubiyyətini tarixən mövcud olmuş qeyri-müəyyən, özlərinə də aydın olmayan mövcudluğunda axtarmalıdır. Bunu tarix cox gözəl izah edir. Onların sığınmaq istədikləri sərsəm “ermənicilik mifi” hələ XIX əsrin əvvəllərindən başlayaraq kənardan himayə olunduqları ücün avantüranın qürbanı oldular. Belə himayə onlarda iddialar yaratmağa başladı.”Vətən axtarışı” beyinlərinə hopduruldu. XX əsrin əvvəllərindən rus və Qərb labarotoriyalarında hazırlanan sərəsəm ideyalar, Sovet dövründə saxta hoqqabazlıqların fonunda bir sıra imtiyazların əldə edilməsi onların bir toplum olaraq süurlarını tamam zəhərlədi. Nəticədə erməni terrorizmi kimi tarixə düşən bir təhlükəli tendensiya onların hətta özlərinin bir-birinə qarşı etdikləri terror akları, satqınıq, yaramazlıq ənənəsini formalaşdırdı. XX əsrdə də düşdükləri cətin məqamlarda xilas yolunu axtararkən sovet rejimi əslində onların azğınlaşmasına şərait yaratdı. Hətta bəşəriyyət ücün təhlükəli olan erməni vandalizmini kimi miras qoyub getdi. Bu vandalizmin acı nəticələri ölcuyəgəlməz dərəcədə azərbaycan xalqına ümumiyyətlə insanlıq tarixinə böyük zərbə vurmuşdur. Bütün bunların obyektiv sərrast təhlilini bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev azərbaycan xalqına möhtəşəm qələbə xəbərini verərkən hər zaman olduğu kimi yenə də alimlərin, xüsusilə tarixcilərin üzərinə məsul vəzifə kimi qoydu. Cünki tarixin qatı cinayətkar qrupları və onların himayədarları ilə Azərbaycan xalqı yüzillərdir ki, mübarizə aparır. Hazırda isə azərbaycan xalqı baş alıb gedən belə özbaşınalığın nəinki qarşısını alıb hətta tarixi ədaləti dünyaya qəbul etdirib. Əldə olunmuş bütün nailiyyətlərin asanlıqla başa gəlmədiyi isə həmişə bizi düşündürməlidir.
Birmənalı olaraq Ulu Öndər Heydər Əliyevin dövlətcilikdə güclü iqtisadi-siyasi strategiyanın əsasını qoyması, siyasi varisliyin isə mükəmməl təfəkkürə və qətiyyətə söykənmiş bazası bu günkü inkişafımızı şərtləndirir. Bunları araşdırarkən anlamaq asandır ki, Azərbaycanın dövlətçilik konsepsiyasında irəli sürülən nəzəriyyə qısa tarixi zamanda İlham Əliyevin milli maraqları ifadə edən siyasi iradəsi praktiki cəhətdən möhkəm strategiyanın effektivlik mərhələsini tam mənası ilə tətbiq edə bilmişdir. O, uzunmüddətli dövlətçilik ideologiyasında milli istəyi, sosial sifarişin xarakterini, dialoq mədəniyyətinin forma və metodlarını bir arada tətbiq edərək xalqımızın güclü sosial və intellektual bazaya sahib olduğunu sübut etmişdir.
Diqqəti bir məqama yönəltməyə zərurət vardır. 1994-cü ildə “Əsrin müqaviləsi” nin imzalanması zamanı və ondan xeyli sonralar Azərbaycanın milli maraqlarının təmin edilməsinə şübhə ilə yanaşanlar vardır. Bütün dünyada isə Azərbaycana qarşı coxlu təyziqlər və ağır şərtlər hökm sürürdü. Bu Ulu Öndər Heydər Əliyevin dahiliyi və sarsılmaz iradəsi ilə reallaşarkən hələ o zaman deyilən tarixi kəlamların isə bu gün tarixi dəyərini təhlil etməmək mümkün deyildir. Hələ o zaman Ulu Öndər Heydər Əliyevin “Əsrin Müqaviləsi iqtisadi müstəqilliyimizin qarantıdır”, “Azərbaycana həm iqtisadi həm siyasi dividentlər gətirəcək”, “Azərbaycanın güclü dövlətcilik strategiyanın qurulmasında müstəsna rola malikdir” kimi tarixi fikirlər Azərbaycanın sonrakı taleyində özünü doğrultdu və vahid milli ideologiyanın, milli birliyimizin, hərbi-siyasi qüdrətimizin formalaşmasını təmin etdi. Bu illərin təhlili onu göstərir ki, Azərbaycanın “ağıllı gücü” siyasi liderlə xalq birliyinin formalaşmasında, sürətli islahatlar dövrünü həyata kecirməsində özünü təsdiq etdi. Coxmilli və cox konfessiyalı dövlət olaraq dünyaya yeni ənənələr bəxş etdi. Nəhayət, iqtisadi qüdrətimizin fonunda təmin edilən siyasi birliyimiz güclü siyasi liderin iradəsi ölkəmizi mədəniyyətlərin və digər bütün sahələrin əməkdaşlıq məkanına cevirdi.
Acıq həqiqətdir ki, ermənilərin növbəti avantürasi bütün bu proseslərdən onların kənarda qalmasına səbəb oldu. Ermənistanı məhvə aparan sonu qaranlıq olan ağılsız yol nə xalqı nə də siyasi rəhbərliyi tərəfindən dərk edilməmişdir.
Beləliklə, Vətənimizin azadlığı uğrunda apardığımız müharibə regionda erməni sindromuna son qoymaq ücün ağıllı və uzqgörən siyasətin nəticəsi kimi ərazi bütövlüyümüzün, milli dəyərlərimizin əsarətdən azad edilməsini təmin edən ümumxalq mübarizəsidir. Bu mübarizədə əldə olunan qələbə təkcə Ermənistanın hərbi kapitulyasiyası deyil, milli iradənin, qətiyyətin, tarixi ədalətin təmin edilməsinin və gəlcəyə möhkəm zəmanətimizin təntənəsidir.
Qələbə haqqında düşüncələrimizin hamı tərəfindən müzakirə olunması təbiidir. Lakin fikirlərimiz faktlardan qaynaqlanmalı, qələbəmizin möhtəşəmliyi, nəticələrinin xalqımız, dövlətimiz ücün əhəmiyyəti ictimayyata dolğun şəkildə verilməlidir. Cünki, Azərbaycan xalqı və Ali Baş Komandan böyük tarixi qələbənin əldə olunmasında şanlı tarix yazıb. Müzəffər Azərbaycan Ordusunun milli–mədəni-mənəvi sərvətimiz, alınmaz qala olan Şuşa şəhərini düşmən tapdağından azad etməsi əsərlərin mövzusu olacaqdır. Odur ki, tarixi torpaqlarımızın düşməndən azad edilməsindəki xalq-dövlət-lider birliyini gələcək nəslə olduğu kimi catdırmalıyıq. Müasir tariximizə fəxrlə yazılmalıdır ki, bu qəhrəmanlıq düşmənə öz acı məğlubiyyətinin qacılmazlığını etiraf etdirdi, onlara nəyə qadir olduqları haqqında tarixi dərs verdi. Gələcək qələbələrimizə zəmin yaratdı. O qələbələrə nail olmağın yolu isə bu günümüzü sağlam milli təfəkkür əsasıda dərk etməyimizdən kecir.
Yaşasın Qudrətli Möhtəşəm Azərbaycan xalqı!!!
Yaşasın Qudrətli Ali Baş Komandan!!!

"sia.az"