Bakı Dövlət Universiteti 101 yaşını Qələbə ilə qeyd edir
Günel MƏLİKLİ
Azərbaycan Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru,
AMEA-nın YAP İdarə Heyətinin üzvü, Fəlsəfə və Sosiologiya
İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru,
BDU-nun müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru
“Bakı Dövlət Universiteti qısa ömürlü Azərbaycan Demokratik Respublikasının qiymətli yadigarıdır.” Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev
Dünyanın təhsil, təlim-tərbiyə sistemi olan məktəblər və ali təhsil müəssisələri əsrlər boyu tarixi inkişaf prosesi keçmişlər. Bu sistem bir tərəfdən bütövlükdə mədəniyyətin və cəmiyyətin zənginləşməsinə, qorunmasına və tərəqqisinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi.
Digər tərəfdən bütün ölkələrin və xalqların sosial həyatında, elmində və mədəniyyətində baş vermiş kardinal dəyişikliklərin müxtəlifliyini özlərində əks etdirmişlər. Qədim Roma siyasətçisi, natiq və filosof Mark Tulliy Siseron yazmışdır: “Tarix keçmişin şahidi, həqiqətin işığı, canlı yaddaş, həyat müəllimi, qədim dövrün xəbərnaməsidir”.
101 ilistənilən ali təhsil məktəbi üçün kifayət qədər böyük zamandır. Bu illərin hər biri Bakı Dövlət Universitetinin dəyişməyən yüksək keyfiyyətli ali təhsil verməsindən, burada ənənələrin davam etdirilməsindən, sıralarına farağat durmaq istədin böyük sələflərdən soraq verir.
101 il zaman baxımından, istər bu zaman çərçivəsində baş vermiş hadisələr baxımından, istərsə də planetimizdəki elmi kəşflər və ixtiralar baxımından çox möhtəşəm bir tarixdir. Bakı Dövlət Universiteti bu tarixi öz xalqının balalarına təhsil vermək, elmi- tədqiqatlar aparmaq, ölkəsinin iqtisadi, sosial, mədəni inkişafına əvəzsiz, fədakarcasına xidmətlər göstərməklə bu günümüzə gəlib çatmışdır.
Heç şübhəsiz bu şərəfli və qürurverici bir tarixdir. Bakı Dövlət Universiteti bu gün vahid təhsil, elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Onun bir əsrlik zaman hüdudlarında həyata keçirdiyi məhz bu üçlü missiya, universitetin 100 il əvvəl irəli sürülən möhtəşəm təyinatı haqqında ideyanı daha dolğun və əhatəli əks etdirir.
Amma hər biri “zülmət səltənətində işıq” olan bu parlaq şəxsiyyətlər əslində öz xalqının yolunda ömrünü şam kimi əridən dan ulduzları idi. Sonrakı gələn nəsillərə bu ulduzların işığı bələdçilik edəcəkdi. Sank-Peterburq Universitetinin məzunu Əlimərdan bəy Topçubaşov, Moskva Dövlət Universitetinin məzunu Fətəli xan Xoyski, Odesssa Universitetinin məzunu Həsib bəy Yusifbəyli, Paris Hüquq Məktəbinin və Sabronna Universitetinin məzunu Əhməd bəy Ağayev, Almaniyanın Frayberq şəhərindəki Dağ Mədən Akademiyasının məzunu Behbud Xan Cavanşir, Kazan Universitetinin məzunu Mir Hidayət Seyidov, Sankt-Peterburq Universitetinin məzunu Aslan bəy Səfidurski, Xarkov Universitetinin məzunu Məmmədrza Vəkilov, Kiyev Universitetinin məzunu, görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli və başqa görkəmli ziyalıların hər biri təhsil illərində qazandıqları bilikləri müstəqilliyini təzəcə elan etmiş doğma Azərbaycanda təhsil alacaq gəncliyə öyrətmək eşqi, arzusu ilə yaşamışdılar.
Müvafiq təhsil olmadan dövlətin nə özünün, nə də onun xalqının və mədəniyyətinin gələcəyi yoxdur.
101 il əvvəl tarixin diktə etdiyi bu gercəyi dərk edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, vətənpərvər ziyalılarımız Bakı Dövlət Universitetinin əsasını qoymaqla milli şüurun, milli təfəkkürün, milli elmin və mədəniyyətin möhtəşəm binasının təməl daşlarını qoydular.
Hazırda Bakı Dövlət Universiteti Azərbaycanın milli intellektual elitasının fəaliyyət göstərdiyi möhtəşəm mərkəzlərdən birinə çevrilmişdir. BakıUniversitetibugün o universitetlərdəndirki, buradaölkəninçoxgüclüintellektualpotensialıcəmləşib.Universitetyarandığıgündənbu elm vətəhsilocağındanölkəmizinvədünyanıntarixinədüşənyüzlərləalimvəmaarfçi, dövlət, xadimi, genişşöhrətqazanmışincəsənətvəmədəniyyətnümayəndələri, yazıçıvəşairlərpərvazlanmışdır.
Bu səbəbdən də başlıca təhsil funksiyası insan inkişafının perspektivində qabaqcıl və həlledici rol oyanayacaq zəngin ənənələri malik Bakı Dövlət Universitetinin üzərinə düşür.
Bu gün Bakı Dövlət Universiteti ona xas olan bütün keyfiyyətləri - humanitar, iqtisadi, təbiət elmləri sahəsində ixtisasların geniş spektrı, müasir tədris texnologiyaları, innovasiyalı tədris proqramlarının tətbiqi, fundamental elmlərin sürətli inkişafı, beynəlxalq tədris və elmi ictimaiyyətə inteqrasiyası ilə müasir elm və təhsil mərkəzi olaraq fəaliyyət göstərir. Burada nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları yetişmişdir. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirmişlər.
Dahi Lider Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetində böyük işlərin görüldüyünü qeyd etməklə yanaşı, universitetin xalqın taleyində oynadığı rolu və onun gələcəkdə də digər təhsil ocaqlarına nümunə olacağına əmin olduğunu bildirdi.
...“Əgər universiteti qüdrətli bir ağaca bənzətmiş olsaq, deyə bilərik ki, bunlar onun öz qol-budaqlarıdır. Tam əsasla demək olar ki, respublikamızın digər ali məktəbləri də Azərbaycanın ilk ali məktəbi ilə qohumdur. Azərbaycan Dövlət Universitetinin yetişdirmələri Sovet Azərbaycanın 12 ali məktəbinin hamısında səmərəli elmi-tədqiqat işi aparırlar.
Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxxəsislərin böyük bir dəstəsini hazırlamışdır.”
Bakı Dövlət Universiteti SSRİ-nin ən böyük mükafatına -Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdü və heç şübhəsiz bu da yenicə respublikaya rəhbər seçilmiş Heydər Əliyevin xidmətləri sayəsində baş tutmuşdu. 25 il sonra ulu öndər həmin hadisəni xatırlayaraq deyirdi: “Universitet 50 illik yubileyində o vaxtkı Sovetlər İttifaqının yüksək mükafatı - Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdu. Bu, tarixdir və bu tarixi dəyişdirmək olmaz. Azərbaycan Dövlət Universiteti o dövrün ən yüksək mükafatlarından birini aldı, 50 illik fəaliyyətinə görə aldı. Ondan sonrakı dövrlərdə Bakı Dövlət Universiteti yeni yüksək adlara, mükafatlara layiq görüldü. Bunlar da hamısı tarixdir, heç birisini dəyişdirmək olmaz. Hamısına hörmətlə, ehtiramla yanaşmaq lazımdır.”
Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ilk dövründə Bakı Dövlət Universiteti tədris prosesinin təşkili, elm- tədqiqat işlərinin səviyyəsi, professor – müəllim heyyətinin tərkibinə görə respublika ali məktəblərin həqiqi bayraqdarına çevrildi, təhsil ocağının mənəvi mühiti saflaşdı.
Heydər Əliyevin “Literaturnaya qazeta”da dərc edilmiş məşhur müsahibəsinin sərlövhəsindəki “Qoy, ədalət zəfər çalsın!” aforizmi Azərbaycan ictimaiyyətinin qabaqcıl nümayəndələri, məmur heyyətinin böyük bir qismi üçün, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi üçün mənəvi-əxlaqi prinsipə çevrildi. Universitet ictimaiyyət arasındakı yüksək nüfuzuna görə həmin dövrdə Sovet İttifaqının qabaqcıl ali təhsil məktəbinə göndərilən azərbaycanlı gənclərin seçilməsi üçün baş qərargaha çevrildi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışından sonra Bakı Dövlət Universitetində yenidən canlanma başladı. Təhsilə, inkişafa, sivilizasiyaya xüsusi önəm verən ulu öndər öz doğma ocağı saydığı Bakı Dövlət Universitetinə xüsusi qayğıyla yanaşırdı. Məhz onun diqqət və qayğısı nəticəsində Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi kimi yeni ixtisaslar açıldı. Beynəlxalq Universitetlər Assosiasiyasının üzvü olan Bakı Dövlət Universiteti öz əlaqələrini daha da genişləndirdi. Bir çox görüşlərində “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” söyləyən və bununla fəxr etdiyini bildirən ulu öndər Heydər Əliyev həmişə bu təhsil ocağının ölkənin ali məktəblərinin bayraqdarı-flaqmanı saymış və onu hər yerdə nümunə göstərmişdir: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi-inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür”.
Heydər Əliyev universitet rəhbərliyini möhkəmləndirmək və onun inkişafını təmin etmək sahəsində tövsiyə və göstərişləri sayəsində BDU-nun yeni şəraitdə fəaliyyətini canlandırmaq, təhsilin və tədrisin keyfiyyətini yüksəltmək məqsədi güdən konsepsiya işlənib hazırlandı.
Heydər Əliyev Bakı Dövlət Universitetinin, ümumiyyətlə Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi məsələlərinə də özünün obyektiv baxışı və əsl vətəndaşlıq mövqeyi ilə seçilmişdir. Hələ müstəqillik illərində məhz onun təşəbbüsü ilə keçirilən universitetin 75 illik yubileyindəkı parlaq çıxışında bu məsələyə xüsusi yer ayıraraq demişdir: “Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı, dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir, maarifçilik Azərbaycanın mütəfəkkir adamlarının əsas vəzifəsi olmuş və xalqımızın görkəmli simaları bu sahədə tarix boyu böyük xidmətlər göstərmişlər. Ancaq Azərbaycan xalqının geniş miqyasda, kütləvi surətdə maariflənməsi, təhsillənməsi, savadlanması prosesi XX əsrin əvvəlindən başlanmışdır. Bu prosesdə Azərbaycanın ilk ali məktəbinin - Bakı Dövlət Universitetinin yaranması tarixi, əlamətdar bir hadisədir. Bakı Dövlət Universiteti 75 illik tarixi ərzində Azərbaycan xalqı qarşısında, Azərbaycan Respublikası qarşısında böyük xidmətlər göstərmiş və Azərbaycanın indi bu yüksək səviyyəyə gəlib çatmasında böyük işlər görmüşdür”.
Ulu öndərin bu fikirləri təkcə BDU-nun tarixini araşdıran alimlər üçün deyil, eyni zamanda Azərbaycan tarixini tədqiq edən elm adamları üçün strateji bir proqrama çevrildi. Ondan sonra BDU-nun tarixi məhz ümummilli liderin müdrikcəsinə göstərdiyi bu yolla bir çox tədqiqatçılarımız tərəfindən ciddi araşdırılmağa başlandı.
BDU-nun 75 illik yubileyində söylədiyi çox dəyərli fikirlər həqiqətən Azərbaycan gəncliyi üçün bir tarixi yaddaşa çevrilməlidir: “Universitet, ali məktəb gənclərə məxsusdur. Gənclərə diqqət, qayğı bu gün daha çox lazımdır. Ona görə də mən bu bayram günü gənclərə müraciət edirəm, həm də təkcə Bakı Universitetinin tələbələrinə yox, bütün Azərbaycan gənclərinə müraciət edirəm.
...Azərbaycanın gəncləri atalarının, babalarının adət-ənənələrinə, onların keçdiyi yola sadiq qalacaqlar, özlərini universitetlərdə, digər təhsil ocaqlarında, iş yerlərində müstəqil Azərbaycana xidmət etmək üçün hazırlayacaqlar və Azərbaycanın üçrəngli bayrağını uğurla irəli aparacaqlar.
Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır».
Ulu öndər Heydər Əliyevin bu qiymətli sözləri müasir gəncliyimizə, ölkəmizin sabahına olan böyük inamının nəticəsidir.
Azərbaycanın son illərdə qazandığı böyük uğurlar, dünya dövlətləri arasında özünə layiq yer tutması, iqtisadi tərəqqi, idman sahəsində qazandığımız nailiyyətlər, əhalinin rifah halının yaxşılaşması, gənclərə göstərilən böyük qayğı ölkə daxilində aparılan əzəmətli işlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin titanik zəhmətinin bəhrəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi, dünyanın fenomen siyasət adamı Heydər Əliyevin məzunu olduğu, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Həmid Araslı, Məmməd Cəfər, Məmməd Arif, Hidayət Əfəndiyev, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Əli Fəhmi, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə və bir çox görkəmli şəxsiyyətlərin iz qoyub getdikləri, bu elm və təhsil ocağı öz şərəfli ömrünü ləyaqətlə yaşamaqdadır.
Əminəm ki, universitetimiz bundan sonra da müasir innovasiyalı təhsilin liderlərindən, yeni ideyaların hərəkətverici qüvvələrindən biri olacaq. Yalnız belə olan halda universitetimizin kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirəcək.
Bu, bugünkü gəncliyin çiyninə düşən ən böyük məsuliyyətdir. Doğrudan da Mir Cəlal Paşayev, Əziz Əliyev, Yusif Məmmədəliyev, Nəsir İmanquluyev, Heydər Hüseynov, Aida İmanquluyeva, Cəlal Əliyev, Həmid Araslı, Məmməd Cəfər, Məmməd Arif, Hidayət Əfəndiyev, Əli Sultanlı, Əli Fəhmi, Cəfər Xəndan, Rəfiqə Əliyeva, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə və başqa unudulmaz şəxsiyyətlərin dərs dediyi, adlarını universitetimizin tarixinə qızıl hərflərlə yazdıran elm ocağının pərvanəsi olmaq gərəkdir.
BDU-nun 100 illik yubileyində prezident İlham Əliyev söyləmişdi: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü”.
Bəli, 2020-ci il 27 iyunda prezidentin xalqa müraciəti bütün Azərbaycan vətəndaşlarında bir daha öz Liderinə olan etibarı, inamı yüksəltdi.
Cənab prezident İlham Əliyev torpağını, xalqını sevən, ən böyük vətənpərvər, sülhsevər, ulu öndər Heydər Əliyev strateji-diplomatik siyasətinin layiqli yetirməsidir.
Bu gün məhz ulu öndər Heydər Əliyev siyasətinin ideologiyası olan azərbaycançılıq dövlət - xalq, ordu -vətəndaş, Vətən-torpaq vəhdətidir.
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan – Ermənistan təmas xəttində baş verən hadisələrə həsr olunmuş verilişdə cənab Prezident sərrast, məntiqli, peşəkar və qətiyyətli çıxışı ilə əsl həqiqəti rusdilli auditoriyaya çatdırmaqla, Ermənistan rəhbərliyinin məkrli siyasətini göstərməklə yanaşı, həm də rus ekspertlərinin səsləndirdiyi kimi, N.Paşinyanı darmadağın etdi. Həmin anlarda televiziya qarşısında cənab Prezidentin çıxışını dinləyən, milyonlarla azərbaycanlı kimi, mən də keçirdiyim fəxr və qürur hissini ifadə etməkdə çətinlik çəkirəm.
Hazırki döyüşlər bir daha təsdiqlədi ki, bizim hər bir vətəndaşımız, əsgərimiz rütbəsindən və statusundan asılı olmayaraq düşmənlə ön cəbhədə vuruşmağa hazırdır.
Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin vahidliyi uğrunda gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksəlməyə istəklidirlər. Artıq bütün dünya Azərbaycanın qəhrəman oğullarının, canından keçən şəhidlərimizin, hərbiçilərimizin möhtəşəm vətənpərvərliyinin şahidi oldu.
Bu günlər hər birimizin ürəyi səngərdə, hərbiçilərimizlə birgə döyündü.
Bu günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardandır.
Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur, sevinc hissləri doğurdu.
Ümumilikdə, Azərbaycan Prezidentinin son günlər ərzində "Əl-Cəzirə”, "Əl-Ərəbiyyə”, "TRT Haber”, "Pervıy Kanal”, "CNN-Türk, "Evronyus” televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə cəbhə zonasındakı son hərbi əməliyyatlarla bağlı aydın, səlis, qətiyyətli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Gənclərimizin hər birini cənab İlham Əliyevin xalqa müraciətini təkrar dinləməyə, öyrənməyə çağırıram. Bu, günümüzün güzgüsüdür!
Biz bu günlər tarixi anlar yaşadıq. Ali Baş Komandanımız, şanlı ordumuz və xalqımız tarix yazdı!
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: " İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir!”İndi hər kəs əsgərdir.
Hər kəs öz cəbhəsində bir amal uğrunda savaşdı - cənnət Qarabağa yenidən qovuşmaq, üçrəngli bayrağımızı yağı tapdağından xilas edəcəyimiz yurdlarımızda dalğalandırmaq üçün...
Qarabağ hamımızındır!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Möhtərəm Prezidentimizin qazandığı misilsiz qələbələr həm də Ulu Öndərimizin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” məşhur fikrinin təntənəsi, təsdiqidir.
Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, mümkünsüzü mümkünə çevirən qəhrəmandır.
Ali Baş Komandan ürəyimizdə sağalmaz yaraya çevrilən Xocalı soyqırımının və digər faciələrin qisasını düşməndən alan qüdrətli Sərkərdədir!
Bütün xalqımız inanır ki, cənab Prezidentimiz, Ali Baş Komandanımız Qarabağı yenidən quracaq, Qafqazın ən abad, ən gözəl, ən müasir, ən inkişaf etmiş mərkəzlərindən birinə çevirəcəkdir.
Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!
İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı. 18-ci əsrdən etibarən əsarətə məruz qalan xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi.
Bəli, Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. 30 illik vətən həsrəti, nisgili bitdi!
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
Məhz bu kimi tarixi uğurda Bakı Dövlət Universiteti101 illiyi tamam olur.
Bu gün Universitet öz yaşını qələbə ilə qeyd edir.
Mən də, Bakı Dövlət Universitetinin minlərlə məzunlarından biri kimi, bu müqəddəs elm məbədi qarşısında bir övlad məhəbbəti ilə baş əyərək deyirəm:
101 yaşın mübarək, Şanlı Universitetim!
"Sia.az"