30.11.2020, 21:23 - Baxış sayı: 553

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda keçirilən konfransda iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda keçirilən konfransda iştirak ediblər20-22 noyabr 2020-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universiteti, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu və “İnformasiya cəmiyyətində fəlsəfə və humanitar elmlər” şəbəkə jurnalının birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda VIII beynəlxalq onlayn elmi praktiki konfransı keçirilmişdir. Konfransın qarşısında duran əsas məsələlər müasir cəmiyyətin fəlsəfi, sosioloji, psixoloji və politoloji aspektlərinin tədqiqi təcrübəsinin öyrənilməsinə həsr edilmişdir. Konfransda AMEA Fəslsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov “Yaşıl informasiya sistemləri və texnologiyaları davamlı inkişafın mühüm komponenti kimi” adlı məruzə ilə çıxış etmişdir.
Həmçinin konfransda Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Sivilizasiyaların dialoqu və kommunikasiyası müasir fəlsəfi problem kimi” və şöbənin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanov “Qloballaşma dövründə davamlı inkişaf və milli sosial-ekiloji siyasət” mövzusunda məruzə ilə çıxış etmişlər. Şöbə müdirinin və əməkdaşlarının məruzələri konfrans iştirakçılarının diqqətini cəlb etdiyinə görə məruzələr konfrans materiallarında dərc edilmiş və müəlliflərə sertifikatlar təqdim edilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda keçirilən konfransda iştirak ediblərFəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda keçirilən konfransda iştirak ediblər