Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin rəhbərliyi “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı" (1955−1970) monoqrafiyası ilə bağlı təşəkkür məktubu ünvanlayıb
Bu ilin 27.10.2020 tarixində AMEA Fəlsəfə və Sosiologiya institutunun baş elmi işçisi Aydın Əlizadənin “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı(1955−1970 - tarixi-sosioloji araşdırma) adlı monoqrafiyası dərc olunmuşdur.
Həmin monoqrafiya haqqında instituta Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin rəhbərliyi tərəfindən rəy daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, “təqdim edilmiş monoqrafiya 1955-1970-ci illərdə Azərbaycanda qaz təsərrüfatının təsis edilməsi və inkişafının tarixi, sosioloji, iqtisadi, siyasi və texniki aspektlərinin araşdırılması baxımından çox əhəmiyyətlidir. Monoqrafiya müəllifinin gərgin əməyini qeyd edərək, ona minnətdarlığımızı bildirir və gələcək işlərində uğurlar arzulayırıq”.
Elmi əsərin sənaye müəssisəsi tərəfindən yüksək qiymətləndirilməsinin praktiki olaraq həmin sahədə tətbiq olunması kimi dəyərləndirilə bilər. Buna görə həmin monoqrafiya humanitar elmin sənaye sahəsi ilə əməkdaşlığının nümunəsidir.
Monoqrafiyanın elektron variantı Prezident kitabxanasının səhifələrində yerləşdirilmiş və oxucular üçün açıqdır.