Beynəlxalq münasibətlər və geosiyasət
Şöbə müdiri v.i.e.siyasi elmlər doktoru, dosent Ramilə Bəhlul qızı Dadaşova
Şöbə 1 may 2025-ci il tarixində təsis edilmişdir.
Şöbənin əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır:
Beynəlxalq münasibətlərin, geosiyasətin nəzəri əsasları, beynəlxalq münasibətlərin qanunauyğunluqlarının məzmununu və xüsusiyyətlərini açıqlayan nəzəriyyələr müasir konsepsiyalar, yeni dünya nizamının formalaşması prosesi və belə şəraitdə Azərbaycan Respublikasının xarici siyasətinin vəzifələri, müasir beynəlxalq münasibətlər sistemində, geosiyasətdə yeri və rolu məsələlərinin ətraflı və sistemli şəkildə araşdırılması nəzərdə tutulmuşdur.
Şöbədə 4 əməkdaş -1 elmlər doktoru, 1 böyük elmi işçi, 1 elmi işçi və 1 baş mütəxəssis çalışır.