![Fəlsəfə İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda iştirak edib Fəlsəfə İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda iştirak edib](/uploads/posts/2017-12/thumbs/1512723389_mhmmd-konfrans.jpg)
AMEA Fəlsfə İnstitutunun əməkdaşı f.ü.f.d. Məhəmməd Cəbrayılov 23-25 noyabr 2017-ci il tarixində Türkiyənin Kastamonu universitetində ölkənin 14 bölgəsindən bələdiyyə sədrlərinin və alimlərinin, o cümlədən dünyanın 28 ölkəsindən alimlərin qatıldığı
“Birinci Davamlı İnkişaf”a həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir. Məhəmməd Cəbrəyılovun
“Regionda yaşlı iqtisadi siyasətin inkişafında Azərbaycan Türkiyə münasibətləri: reallıq və perspektivlər” mövzusunda etdiyi çıxış iştirakçılar arasında böyük marağa səbəb olmuş və ona verilən sualları elmi cəhətdən əsaslandırılmışdır.