04.04.2022, 11:29 - Baxış sayı: 504

“İngiliscə-Azərbaycanca hüquq lüğəti” adlı kitabı nəşr olunub


“İngiliscə-Azərbaycanca hüquq lüğəti” adlı kitabı nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayevanın “İngiliscə-Azərbaycanca hüquq lüğəti” adlı kitabı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının 1 fevral 2022-ci il tarixli qərarı ilə “Elm” nəşriyyatında çap olunmuşdur. Kitabın elmi məsləhətçisi akademik Nərgiz Axundova, elmi redaktorları professor Sayalı Sadıqova, professor Rəna Mirzəzadə, rəyçiləri h.e.d.prof., Habil Qurbanov, h.ü.f.d.dos., Şəlalə Həsənova və h.ü.f.d.dos., Aydın Əliyevdir.
Geniş oxucu auditoriyasına təqdim edilən “İngiliscə-Azərbaycanca hüquq lüğətində” dünya hüquq sistemində, xüsusilə beynəlxalq hüquqda, həmçinin ölkəmizdə hüquq elmi və hüququn müxtəlif sahələri ilə bağlı olan, cəmiyyətdə daha çox işlənən terminlərin tərcüməsi, sinonimi və bəzi sözlərin qısa formada izahı verilmişdir. Lüğət ali təhsil müəssisələrinin müəllim, tələbə, doktorantlar, qanunvericilik, inzibati sahədə çalışan əməkdaşlar, həmçinin hüquq elmi və hüququn müxtəlif sahələri üzrə araşdırmalar aparan tədqiqatçılar, KİV-lər, QHT-lər və s. üçün nəzərdə tutulmuşdur.