23.09.2024, 06:27 - Baxış sayı: 34

Ölkəmizdə müasir ictimai-humanitar elmin rolu haqqında bir neçə söz


Düşmən üzərində tarixi qələbəmiz, suverenliyimizin bərpası əsasında Ali Baş Komandanımızın hərbi-diplomatik qətiyyətli siyasəti və əsgər-zabitlərimizin fədakarlığından sonra müasir ictimai-humanitar elmimizin fəaliyyəti sisteminin dayandığını desək yanılmarıq.
Müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu. Bu mərhələ bəzi hallarda tənqid edilsə də, elmin cəmiyyətimizin müasir sosio-mədəni siyasi modernləşməsinə təsirləri danılmazdır.
Müasir qloballaşan dünyada dəqiq elmlərin öz inkişaf qanunauyğunluqları mövcuddur. Beləki, elmi ixtiralar tez bir anda qlobal dünyanın məhsulu ola bilir. İctimai-humanitar elmlər sahəsində isə bunu demək çətindir. Hər bir cəmiyyət öz humanitar Ictimai elmlərinin inkişafına ehtiyac duyur. Bu illər ərzində alimlərimiz ölkədaxili ideoloji-elmi təşəbbüslərlə bərabər dünyada geniş bir diaspora-təbliğat işləri aparmışlar.Ermənistan-Azərbaycan arasında vəziyyət, ərazilərimizin hələ düşmən tapdağı altında qaldığı dövrdə yazılan elmi məqalə və kitablar, alimlərimizin beynəlxalq konfranslardakı məruzələri geniş bir tarixi istinad mənbəyi formalaşdırmişdır. Düşmən üzərində tarixi qələbəmiz, suverenliyimizin bərpası əsasında Ali Baş Komandanımızın hərbi-diplomatik qətiyyətli siyasəti və əsgər-zabitlərimizin fədakarlığından sonra müasir ictimai-humanitar elmimizin fəaliyyəti sisteminin dayandığını desək yanılmarıq. Bu fəaliyyət həm də vətəndaş cəmiyyəti sistemi institutlarının ideoloji maarifçiliyində qiymətli rol oynamışdır. Ölkə başçımızın söylədiyi “ənənələri qoruyaraq modernləşmə” siyasətini bu gün ictimai-humanitar emlər davamlı olaraq yerinə yetirir.
Ölkəmizin sosio-mədəni, siyasi həyatının inkişafı məsələsi sivilizasiyalararası beynəlxalq forumların elmi təhlilini zərurətə çevirdi. Bu gün həmin istiqamətdə formalaşan elmi inkişaf yolu aşağıdakı paradiqmaları elmi dövriyyədə aktuallaşdıraraq təhsil və elmin inkişafı vəhdətini yaratmışdır. Belə ki,
-ölkəmizdə dialoq mədəniyyəti;
-siyasi mədəniyyət və onun müasir inkişafı;
-milli birlik və həmrəylik fəlsəfəsi;
-azərbaycançılıq, Azərbaycan multikulturalizmi kimi milli ideoloji inkişaf paradiqmaları ölkəmizdə müasir elmin postmodern mərhələsinin gücünü formalaşdıraraq dövlətimizin apardığı böyük siyasətə töhfəsini verməkdədir.
Respublikamızda sosial institutların inkişafı istiqamətində yeni elmi məzmunlu məqalə və kitablar nəşr olunaraq həm də təhsilin uğurlarında əhəmiyyətli rol oynamışdır. Müasir tarix, ədəbiyyat və fəlsəfənin bu istiqamətdə əldə etdiyi yeniliklər fonunda Azərbaycanda ciddi müasir maarifçilik işləri ideya xətti qurulmuşur. Sözsüz ki, ictimai-humanitar elmlərin inkiafı olmadan bunları etmək mümkün olmazdı. Bu illər ərzində Azərbaycan elmi özünün yeni məzmun kəsb etməsi və tədqiqatlar ilə bərabər həm də dövlətimizin ideoloji siayasəti qüdrətində mühüm töhfə vermişdir.
Cəmiyyətdə sosial institutların hər biri istiqamətində tənqidi fikirlərin söylənilməsi bəzən təbidir. Lakin elmin konkret vəziyyəti və onun hansı səviyyədə olması haqqında qəti tənqidi fikirlər məsələyə xüsusi yanaşmanı, bu istiqamətdə dərin təhlillərlə nəticəyə gəlməyi tələb edir. Hal-hazırki Azərbaycan elminin inkişafı isə cəmiyyətimizin müasir inkişafından kənar təsəvvür edilə bilməz. Beləki, dövlətimizin dialoq fəlsəfəsi istiqamətində qlobal şağırışlarının elmi-təhlili və konseptual zənginləşməsi əsasında məhz müasir ictiami-humanitar sahədə Azərbaycan elminin fəaliyyəti dayanır.
Bu gün Azərbaycan özünün daha bir Beynəlxalq COP-29 tədbirinə ev sahibliyinə hazılaşır. Bu mərhələ özündə həm də qlobal elmi insiativlərin bir araya gətirilməsi kimi elmi-praktiki səylərin artırılmasını tələb edir. “COP-29 regionun və dünyanın təhlükəsizlik platformasıdır” adda konfransda iştiraka 40-dan ölkənin elmi müəssisələrindən 50-yə yaxın alim qoşulub. Bu təşəbbüslərin əlaqələndirilməsi və dünyanın qlobal problemlərinin yeni mərhələsinin həllini işınə də müasir Azərbaycan İctimai-humanitar elmləri geniş töhfəsini verməkdədir. Zənnimizcə, müasir Azərbayacan elminin daha yeni inkişafı üçün əhəmiyyətli zəmin elmi dərəcə və tutduğu elmi vəzifəsi nərərə alınmadan Daha fəal alim və Tədqiqatçılar Qrupunun seçilməsi və onların sosial vəziyyətlərinin diqqətdə saxlanılması məsələləri gündəmə gətirilməlidir.

Hüseyn İbrahimov
Fəlsəfə və Sosiologiya institutunun b.e.işçisi, f. dok.