16.09.2024, 08:12 - Baxış sayı: 27

AMEA-da islahatların elmi tədqiqatların, ictimai-siyasi-ideoloji dinamikasına elmi-nəzəri baxış


Şölət Zeynalov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru, dosent


Son dövrlər regionda Azərbaycanın yaratdığı yeni reallıqlar həyatın müxtəlif sahələrində əsaslı şəkildə hiss olunduğu kimi elm və təhsil sahəsində də öz aktuallığını, prioritetliyini qorumaqdadır. Şübhəsiz, bu uğurun təməlləri Ulu öndər Heydər Əliyevin vaxtilə, mahiranə şəkildə təsbit etdiyi siyasi-ideoloji xətdən,20illik dövlətçilik fəaliyyətində misilsiz nailiyyətlərə imza atan, Azərbaycan tarixinin yeni mehvərini yaradan mədəniyyətdə, elm və təhsildə, humanitar sahədə, siyasi əlaqələrdə, sosial sferada, iqtisadiyyatda, ordu quruculuğunda, milli maraqların təminatında inkişaf, təhlükəsizlik və dialoq paradiqmalarını ən yüksək şəkildə ölkənin həyatında gerçəkləşdirən, regional təşəbbüslərin prioritetinə, hədəfinə çevirən Ali Baş Komandan İlham Əliyevin strategiyasından gəlir.
Burada bir məsələni qeyd etməyi vacib hesab edirik: məhz 2024-cü il prezident seçkiləri göstərdi ki, Prezidentlik İnstitutunda yeni bir nəzəri-praktiki meyar əmələ gəlmişdir: Xalq öz Ali Baş Komandanını yenidən Prezident seçmək üçün seçki məntəqələrinə kütləvi axın etməklə ona öz etimad və sevgisini açıq şəkildə bildirir, öz Liderini əbədi Prezident görmək istəyir. Bu ümummilli hadisə, bir növ, 30 illik tarixi yaşantının kluminasiya nöqtəsi, böyük Zəfərin təntənəsi olmaqla yanaşı, Suverenliyin təmin edilməsi tarixi hadisəsinə insanımızın, xalqın cavab-sevgi reaksiyası idi. Sentyabrın 1-də keçirilən Parlament seçkilərinində YAP funksionerlərinin üstünlüyü də bu hədəflərlə bağlıdır və ölkə başçısının ictimai-siyasi mühitdə nüfuzu, xarizması bilavasitə onun rəhbərlik etdiyi partiyanın üzvlərinə də daha yüksək etimadı şərtləndirir. Hər halda müasir və demokratik Azərbaycanda real siyasi-ideoloji və mənəvi mühit bununla bağlıdır: ölkənin milli maraqları, strateji hədəfləri, elm və təhsil sahəsi də daxil olmaqla etibarlı əllərdədir. AMEA da ənənəsi olan bir elm təşkilatı kimi bu prosesin həm içərisində olmaqla bərabər, həm də onun aktiv iştirakçılarındandır. Şübhəsiz, qeyd edilən modern strategiyanın ideoloji-siyasi hədəfləri, tarixi məqsədləri, dövlətçilik fəlsəfəsi AMEA-nın rəhbəri akademik İsa Həbibbəylinin öz çıxış və elmi məruzələrində qeyd etdiyi kimi Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi xətti ilə bağlıdır və bu xətt hal-hazırda uğurla davam etdirilir.
Qeyd etmək lazımdır ki, tarixi prosesin əhəmiyyəti və uğurları göz önündədir və onların əhəmiyyəti, aktuallığı və funksionallığı barədə həm praktiki, həm siyasi-ideoloji,elmi-nəzəri və s. çoxaspektli müxtəlif elmi tədqiqatlar mütəmadi aparılsa da, müşahidələr və fəlsəfi analizlər göstərir ki, bu elmi tədqiqatlar siyasi, ideoloji, humanitar, mədəni, sosial, psixoloji, fəlsəfi və tarixi baxımdan, elm tarixində tədqiqat obyekti kimi uzun müddət davam etməlidir,buna ciddi ictimai, siyasi, mənəvi,humanitar, ideoloji tələbat vardır. Azərbaycanın müasir milli maraqlarının, strateji hədəflərinin, milli ideyasının mehvəri məhz bu strategiyada təsbit olunduğundan onun nəzəri və praktiki mahiyyəti geniş auditoriyalara daima çatdırılmalıdır. Bu interpretasiya onunla bağlıdır ki, tarixin fəlsəfi dərki asan məsələ deyildir və üstəlik elm və süni intellektin inkişaf etdiyi, sosial, siyasi, iqtisadi, humanitar reaksiyaların artdığı müasir dövrdə qlobal çağırışlara elmin, sosial-humanitar-ideoloji sahənin nəzəri refleksiyaları tam məntiqidir və prosesin bilavasitə fəlsəfəsi yeni dövrlə, yeni reallıqlarla bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verərkən qeyd etmişdir. “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
Ölkə başçısının siyasi-ideoloji çağırışından müasir elm adamları, ziyalılar, gənclər ictimai-humanitar sahə ilə məşğul olan mütəxəssislərin qarşısında qoyduğu vəzifələrdən aydın şəkildə məlumdur ki, elmin, təhsilin, iqtisadiyyatın, bir sözlə, müasir ictimai-humanitar təfəkkürün qarşısında yeni, son dərəcə vacib reallıqlar, epoxal tendensiya mövcuddur.Bu tendensiyada AMEA-nın və nəzəri-elmi tədqiqatların ciddi məsuliyyəti və vəzifə payı vardır ki, bu da bilavasitə ölkədə elm siyasətinin həyata keçirilməsi və dövlətçilik marağının təmin edilməsi ilə bağlıdır. Yuxarıda qeyd olundu ki, indi həm ölkə daxilində, həm də regional, o cümlədən qlobal müstəvidə yeni reallıqlar yaranmışdır. Təbii ki, mübaliğəsiz qeyd edək, regional müstəvidə yaranan reallığın bilavasitə başlıca aktoru Azərbaycandır. Bu reallıqların əgər yaranmasının əsas memarı İlham Əliyev dühasından gəlirsə, onun həyata keçirilməsi işi elmin, təhsilin, müvafiq qurumların bilavasitə ictimai-siyasi, ideoloji-humanitar sahənin, elmi-nəzəri tədqiqatların qarşısında ölkə başçısı tərəfindən irəli sürülmüş yeni dövrə transformasiya olunmaq ideyası kimi vəzifənin fundamentallığından qaynaqlanır. Fakt budur ki, bu istiqamətdə hər kəsin, hər bir qurum və təsisatın vəzifələri və öhdəlikləri vardır və aydın şəkildə ölkə başçısı bu ideyaların həyata keçirilməsində elmin daha çox fəal iştirakını vacib hesab edir.
Bu onu bir daha təsdiq edir ki, iqtisadi sferanın, səhiyyənin, təhsilin, hərb sənayesi və s. sahələrin öz qarşılarında ciddi vəzifələr olduğu kimi, Azərbaycan elminin məbədi hesab edilən AMEA-nın da qarşısında ciddi prioritetlər, çağırışlar vardır. Bütövlükdə, son zamanlar AMEA-da həyata keçirilən islahatların bilavasitə fəlsəfəsi də qeyd olunan hədəflərlə bağlıdır. Elmi tədqiqatların intensivləşməsi, dərinləşməsi və artması ilə bərabər ictimai-siyasi, mədəni-humanitarsahələrdə də dinamika daha da dərindən intensivləşməli, ölkə başçısının həyata keçirdiyi yeni reallıqlara adekvat olmalıdır. Bu anlamda AMEA rəhbərliyinin həm elm sahəsində, həm ictimai-siyasi, humanitar sahədəki fəaliyyəti sübut edir ki, yeni hədəflər, yeni ideyalar uğrunda bir növ Elmlər Akademiyasında yeni elmi mərhələ başlamışdır.Bu tendensiya bilavasitə yeni kommunikativ refleksiya, dialoq fəlsəfəsi, ictimai-siyasi situasiya, süni intellekt, yeni elektron vərdişlər, yeni elmi axtarışların dərinləşməsi, multidissiplinar, interdissiplinar istiqamətlə bağlıdır.Ona görə də, səmimi etiraf edək ki, son illər AMEA da çox ciddi islahatlar getməklə yanaşı uğurlu bir elm strategiyasının həyata keçirilməsi göz önündədir. Məsələn, qeyd olunanlara bariz nümunə kimi AMEA-da nəşr olunan ictimai-humanitar elmi ədəbiyyatın, məqalələrin, elmi əsərlərin, tədqiqatların, istər ölkə daxilində, istər xarici nəşrlərdə külliyyatından aydın şəkildə görmək olar.(AMEA-nın illik hesabatlarından bu barədə geniş məlumat əldə etmək olar.) Əlbəttə, biz burada həmin elmi tədqiqatların, fəaliyyət və əsərlərin, elmi nailiyyətlərin statistikasını göstərmək imkanında olmasaq da, həmin çoxaspektli işlərin, platformaların bir neçəsini burada qeyd etməyi vacib hesab edirik. Məsələn, “Elektron Akademiya”, MEK Vikipediya platformaları, “Heydər Əliyev – İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”,“Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər”,“İnformasiya cəmiyyəti, süni intellekt və IV sənaye inqilabı”, “Dialoq fəlsəfəsi və müasirlik”, “Müharibə və postmüharibə haqqında: Türk qaynaqlarında və orta əsr Şərq düşüncəsində”, Values and gender equality in family: Azerbaijan, Bulgaria, Turkiye”, “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa bəyannaməsinədək”, “Şuşanın maddi mədəni irsi(epikrafik abidələr əsasında)”, monoqrafiya və kitabları görülmüş işlərin içərisindən kiçik bir hissə kimi qeyd oluna bilər.
Həmçinin, AMEA-da nəşrolunan “Sosial elmlər”, “Elmi əsərlər”, “Şərq fəlsəfəsi”, “Azərbaycantarixşünaslığı”, “Azərbaycan ədəbiyyatşünaslığı”, “Azərbaycan şərqşünaslığı” və s. kimi onlarla elmi-tədqiqat jurnalları;
Elektron kitabxananın yaradılması, elmi tədqiqatlara dair dissertasiyaların elmi rentabelliyinin müəyyənləşdirilməsi üçün Elmi tədqiqatların əlaqələndirilmə şurası, İnstitutların daxilində Elmi şuraların işləri qeyd olunan fəaliyyətinyalnız bir qismidir.
Fənlərarası tədqiqatların metodoloji istiqamətləri, süni intellekt istiqamətində tədqiqatlar, davamlı inkişafın sosiologiyasının tədqiqi, tarixi, ədəbi, milli-mənəvi, siyasi-ideoloji və s. istiqamətdə araşdırmalar hazırda AMEA fəaliyyətində ciddi öncüllük təşkil etməklə yanaşı elmi konfransların, simpozium və forumların da təşkili xüsusi əhəmiyyət kəsb edir. Ölkənin əsas strateji xəttinin təbliği və elmi-nəzəri aspektdən tədqiqatlara cəlbi, geosiyasi problemlərin elmi araşdırılması, elm və siyasətdə dialoqun təşviqi, ölkədə siyasi dialoqun institutlaşması istiqamətdədə araşdırmaların əsas hədəfini təşkil etməkdədir.
AMEA-da nəşr olunan kitablar, monoqrafiya və məqalələrin zənginliyi təsdiq edir ki, ölkənin elm, mədəniyyət, humanitar, siyasi-ideoloji sahədə strateji hədəflərinin həyata keçirilməsi işində elm adamları, alim və mütəxəssislər aktiv şəraitdə iştirak edirlər. Təkcə son beş ilin, yaxud Postmüharibə dövrünün tədqiqatlarına, elmi araşdırmalarına, tədqiq olunan doktorluq mövzularının aktuallığına nəzər saldıqda məlum olur ki, həqiqətən də, AMEA-nın tərkibində fəaliyyət göstərən elmi müəsissələrin nə qədər ciddi fəaliyyətdə olduğunu dərk edə bilək və onların ictimai, sosial, humanitar, ideoloji strategiyada səfərbər olduğunun şahidi olaq. Beləliklə, sonda bir daha qeyd etməyi zəruri hesab edirik ki, AMEA-da nəşr olunan kitablar, monoqrafiya və məqalələrin zənginliyi təsdiq edir ki, ölkənin elm, mədəniyyət, humanitar, siyasi-ideoloji sahədə strateji hədəflərinin həyata keçirilməsi işindəAMEA tam aktivdir və burda çalışan elm adamları, alim və mütəxəssislər yüksək strateji hədəflərin mənalandırılmasında, tədqiqatlara cəlb olunması və interpretasiyasında ciddi şəkildə iştirak edir, ölkənin elmi potensialının zənginləşməsinə,elmi-fəlsəfi-ideoloji anlamda dərinləşməsinə xidmət edirlər. AMEA-da həyata keçirilən islahatın hədəfləri də bununla bağlıdır.

"Yeniazerbaycan.com"